Milli Xalça Muzeyi “Xalça hekayələri” layihəsinə başladı
13 aprel 2020 14:24 (UTC +04:00)

Milli Xalça Muzeyi “Xalça hekayələri” layihəsinə başladı

Hamımızın evində valideynlərimizdən, nənə-babalarımızdan bizə qalan, özündə neçə-neçə nəsillərin xatirələrini yaşadan sevimli xalçalarımız var. 

Lent.az  xəbər verir ki, bunları nəzərə alaraq Azərbaycan Milli Xalça Muzeyi “Xalça hekayələri” layihəsini həyata keçirir. Muzey hər kəsə bu gözəl layihəyə qoşulmağı, öz xalça hekayələrini, sevimli xalçalarının tarixçəsini, onunla bağlı maraqlı xatirələri bölüşməyi təklif edir. Layihəyə arzu edən hər kəs qoşula bilər.

Bunun üçün evinizdəki qədim, maraqlı tarixçəsi olan və sizin üçün ən dəyərli xalçanın fonunda foto və ya video (2 dəqiqədən artıq olmamaq şərtilə) çəkdirin; Foto ilə birlikdə yazdığınız maraqlı xalça hekayəsini və ya xalça hekayənizi danışdığınız videonu öz “facebook” və ya “instagram” səhifələrinizdə #carpetmuseum #xalchahekayeleri #ковровыеистории #carpetstories #MuseumsAndChill həştəqləri ilə hər kəsə açıq şəkildə paylaşın.

Öz hekayənizi həmçinin [email protected] e-mail adresinə göndərin.

Sonda ən maraqlı hekayələr seçilərək muzeyin sosial şəbəkələrində paylaşılacaq.

Qeyd edək ki, bununla bağlı olaraq Azərbaycan Milli Xalça Muzeyi maraqlı layihələr reallaşdırmağı planlaşdırırıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2668

Oxşar yazılar

Zurab Sereteli

Xalq rəssamı VƏFAT ETDİ

22 aprel 2025 , 10:21
“Oskar”ın növbəti təqdimetmə mərasimi bu tarixdə keçiriləcək

“Oskar”ın növbəti təqdimetmə mərasimi bu tarixdə keçiriləcək

22 aprel 2025 , 06:41
Orxan Fikrətoğluna nazirlikdə vəzifə  verildi

Orxan Fikrətoğluna nazirlikdə vəzifə verildi

21 aprel 2025 , 17:53
 Çətin gün keçirdin?   - Bu komediyalardan birini izlə -VİDEO

Çətin gün keçirdin? - Bu komediyalardan birini izlə -VİDEO

21 aprel 2025 , 14:44
Cennifer Lopez bu filmdə baş rola  çəkiləcək

Cennifer Lopez bu filmdə baş rola çəkiləcək

21 aprel 2025 , 13:34
Sevgi haqqında deyilmiş 7 aforizm

Sevgi haqqında deyilmiş 7 aforizm

20 aprel 2025 , 19:23
 Xəstəliklərinə görə   kariyeralarını bitirən ULDUZLAR

Xəstəliklərinə görə kariyeralarını bitirən ULDUZLAR

20 aprel 2025 , 11:07
Dahilərdən yumor  haqqında 10 aforizm

Dahilərdən yumor haqqında 10 aforizm

18 aprel 2025 , 18:24