Mahnı müsabiqəsi elan edildi
08 aprel 2020 16:30 (UTC +04:00)

Mahnı müsabiqəsi elan edildi

"Evdə qal, evdə yarat” təşəbbüsü çərçivəsində keçirilən tədbirlərin sırasına biri də əlavə olun. Mədəniyyət Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnısı müsabiqəsi elan edilib.

Lent.az xəbər verir ki, vətənpərvərlik ruhunda mahnı - seçim turundan ibarət müsabiqə aprelin 10-dan mayın 9-dək davam edəcək.

Müsabiqənin münsiflər heyətinə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə rəhbərlik edəcək. Beş nəfərdən ibarət münsiflər heyəti reytinq qiymətləndirmə sisteminə əsasən iştirakçıların təqdim etdiyi mahnılara öz rəyini bildirəcək.

Müsabiqədə yaşı 20-dən yuxarı olan peşəkar bəstəkarlıq təhsili almış musiqiçilər iştirak edə bilərlər. İştirakçılar [email protected] elektron ünvanına mahnının yüksək formatda yazılmış audio versiyasını, öz şəkil və qısa yaradıcılıq xülasəsini göndərərək qeydiyyatdan keçməlidirlər. Göndərilən musiqi parçaları ənənəvi musiqi mədəniyyətimizin zənginliyi və daxili rəngarəngliyini əks etdirməklə yanaşı, həmçinin vətənpərvərlik ruhunu da dinləyicilər üçün ən aydın və cəlbedici şəkildə çatdırmağa müvəffəq olmalıdır.

Müsabiqə ilə bağlı ətraflı məlumatı [email protected] elektron ünvanından əldə etmək olar.

Qalibləri barədə məlumatlar əsas mərhələ başa çatdıqdan sonra mct.gov.az saytında rəsmi olaraq yayımlanacaqdır.

Müsabiqədə Qran-priyə layiq görüləcək bəstənin müəllifinə 2 min manat, ilk 3 yerin sahiblərinə isə müvafiq olaraq 1 500, 1 250 və 1 000 manat məbləğində pul mükafatı veriləcək.

Müsabiqəyə göndərilmiş musiqi materialı daha öncə heç bir kütləvi informasiya vasitəsi və tədbirlərdə səslənməməlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1549

Oxşar yazılar

Zurab Sereteli

Xalq rəssamı VƏFAT ETDİ

22 aprel 2025 , 10:21
“Oskar”ın növbəti təqdimetmə mərasimi bu tarixdə keçiriləcək

“Oskar”ın növbəti təqdimetmə mərasimi bu tarixdə keçiriləcək

22 aprel 2025 , 06:41
Orxan Fikrətoğluna nazirlikdə vəzifə  verildi

Orxan Fikrətoğluna nazirlikdə vəzifə verildi

21 aprel 2025 , 17:53
 Çətin gün keçirdin?   - Bu komediyalardan birini izlə -VİDEO

Çətin gün keçirdin? - Bu komediyalardan birini izlə -VİDEO

21 aprel 2025 , 14:44
Cennifer Lopez bu filmdə baş rola  çəkiləcək

Cennifer Lopez bu filmdə baş rola çəkiləcək

21 aprel 2025 , 13:34
Sevgi haqqında deyilmiş 7 aforizm

Sevgi haqqında deyilmiş 7 aforizm

20 aprel 2025 , 19:23
 Xəstəliklərinə görə   kariyeralarını bitirən ULDUZLAR

Xəstəliklərinə görə kariyeralarını bitirən ULDUZLAR

20 aprel 2025 , 11:07
Dahilərdən yumor  haqqında 10 aforizm

Dahilərdən yumor haqqında 10 aforizm

18 aprel 2025 , 18:24