Kukla Teatrı da işini karantin qaydalarına uyğun qurub
06 aprel 2020 17:12 (UTC +04:00)

Kukla Teatrı da işini karantin qaydalarına uyğun qurub

Koronovirus pandemiyası ilə bağlı ölkənin bütün teatr-konsert müəssisələri kimi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da işini karantin qaydalarına uyğun şəkildə quraraq tamaşaçılarına evdə qalmaqla tamaşa izləmək imkanı yaradıb.

Teatrın mətbuat xidmətindən Lent.az-a bildirilib ki, sənət ocağının sosial şəbəkə ünvanları, eləcə də "YouTube" kanalında bir neçə populyar tamaşa yerləşdirilib. Əlavə olaraq “evdə qal” çağırışına qoşulan sevilən kuklaçı aktyorlar balaca tamaşaçılarına evdə qalmaq və bununla özünü qorumağın mümkünlüyü barədə çağırışlar edirlər.  Təbii ki, uşaqların diqqətini cəlb etmək üçün müxtəlif məşhur kukla obrazları və personajların geyimi, kuklaları və səsləndirmələrində videoçarxlar hazırlayan aktyorlar ölkə miqyaslı çağırışa özünəməxsus dəstək olmağa çalışırlar.  Daha çox sosial şəbəkə hesablarından canlı yayımlar edən aktyorlar dünya və xalq ədəbiyyatından nümunələr, nağıllar, pyeslər səsləndirir, tamaşalardan səhnəciklər də göstərirlər.  Teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyası da sosial izolyasiya çağırışlarına balaca aktyorların dilindən qoşulur və həvəskar aktyorlar böyüklərə müraciətlər edərək sosial təcridə səsləyirlər.  Onu da qeyd edək ki, teatrın bir neçə tamaşası “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində bu həftədən etibarən “Mədəniyyət” kanalında da nümayiş etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1020

Oxşar yazılar

Zurab Sereteli

Xalq rəssamı VƏFAT ETDİ

22 aprel 2025 , 10:21
“Oskar”ın növbəti təqdimetmə mərasimi bu tarixdə keçiriləcək

“Oskar”ın növbəti təqdimetmə mərasimi bu tarixdə keçiriləcək

22 aprel 2025 , 06:41
Orxan Fikrətoğluna nazirlikdə vəzifə  verildi

Orxan Fikrətoğluna nazirlikdə vəzifə verildi

21 aprel 2025 , 17:53
 Çətin gün keçirdin?   - Bu komediyalardan birini izlə -VİDEO

Çətin gün keçirdin? - Bu komediyalardan birini izlə -VİDEO

21 aprel 2025 , 14:44
Cennifer Lopez bu filmdə baş rola  çəkiləcək

Cennifer Lopez bu filmdə baş rola çəkiləcək

21 aprel 2025 , 13:34
Sevgi haqqında deyilmiş 7 aforizm

Sevgi haqqında deyilmiş 7 aforizm

20 aprel 2025 , 19:23
 Xəstəliklərinə görə   kariyeralarını bitirən ULDUZLAR

Xəstəliklərinə görə kariyeralarını bitirən ULDUZLAR

20 aprel 2025 , 11:07
Dahilərdən yumor  haqqında 10 aforizm

Dahilərdən yumor haqqında 10 aforizm

18 aprel 2025 , 18:24