Azərbaycanda çəkilən filmlər kinoteatrlarda çox az göstərilməsinin SƏBƏBİ - Nazir
27 fevral 2020 11:28 (UTC +04:00)

Azərbaycanda çəkilən filmlər kinoteatrlarda çox az göstərilməsinin SƏBƏBİ - Nazir

“Azərbaycan filmlərinin çəkilişində beynəlxalq qrantlardan istifadə edilməsi və onların müxtəlif festivalların cədvəllərinə daxil edilməsi üçün mexanizmlər hazırlanmalıdır”.

APA-nın xəbərinə görə, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

“Biz çəkdiyimiz filmləri kinoteatrlar çox az göstərir. Belə səbəb gətirirlər ki, tamaşaçı gəlmir. Tamaşaçının gəlməsi üçün filmin keyfiyyəti ilə bərabər, marketinq və digər məsələlər də rol oynayır. Hər işdə belədir. Əfsuslar olsun ki, yaradıcı sənaye il məşğul olan insanlar bu gün o texnologiyaları bilmirlər. Texnologiyaları isə daha yaxşı biznes adamları bilir”, - o vurğulayıb.

Azərbaycanda fəaliyyət göstərən yaradıcı insanların məhsullarının dünyaya çıxışının zəruriliyinə toxunan Ə. Qarayev qeyd edib ki, Bakının inkişafı çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə yaradıcı adaların formalaşdırılması da nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1981
avatar

Oxşar yazılar