70 il çarpayının altında saxlanan rəsm şok qiymətə satıldı
06 fevral 2022 08:16 (UTC +04:00)

70 il çarpayının altında saxlanan rəsm şok qiymətə satıldı

Fransanın Tuluz şəhərinin sakini rəsm əsərinin qiymətindən təəccübünü gizlədə bilməyib.

Lent.az-ın xəbərinə görə, Tuluz sakini evində 70 ildən çox saxladığı tablonu satmaq üçün şəhərdəki hərrac evinə gətirib. Burada əsərin həqiqiliyini yoxlayan ekspertlər böyük faktı üzə çıxarıblar. Məlum olub ki, söhbət hansısa replikadan deyil, 1520-ci ildə çəkilmiş orijinal tablodan gedir. Alman rəssam Bernhard Strigerin fırçasının məhsulu olan “Mələk” rəsmi 500 yaşı olmasına rəğmən əla vəziyyətdə qalıb.

Rəsm əsəri hərracda 2,8 milyon avroya satılıb. Müştərinin adı açıqlanmır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2073
avatar

Oxşar yazılar