Birləşmiş Ərəb Əmirliklərində yaşayan Said Raşed Əl Mheyri ən azyaşlı kitab müəllifi kimi tarixə düşüb. Onun cəmi 4 yaşı var.
Lent.az xarici mediaya istinadən məlumat verir ki, rekord 2023-cü il martın 9-da təsdiqlənib. Həmin gün balaca yazıçının kitabı 1000 nüsxədən çox satılıb.
Kitabın adı “Fil Səid və ayı”dır. Kitab iki heyvan arasında mehriban dostluq barədədir.
Səidi kitab yazmağa bacısı ilhamlandırıb. O da iki dildə kitab yazmış ən gənc yazar və rekordçudur. Səidin bacısı Əl-Dabinin 8 yaşı var. O ərəb və ingilis dillərində səlis danışır.