Son Yu-Con
25 yanvar 2021 19:21 (UTC +04:00)

Son Yu-Con

26 yaşlı serial ulduzu öldü

Koreyalı aktrisa və model Son Yu-Con 26 yaşında vəfat edib. 

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, “Məktəb 2017” serialının ulduzu yanvarın 23-də ölüb. Gənc aktrisanın ölümünün əsl səbəbi hələ ki açıqlanmasa da, yerli kütləvi informasiya vasitələrində onun intihar etdiyi haqda məlumat yayılıb. Lakin sonradan bunu təsdiqləyən fakt olmayıb. 

Son Yu-Con karyerasına kosmetika brendinin modeli kimi başlayıb, 2013-cü ildən isə kinoya və musiqi kliplərinə çəkilib. 

Aktrisa 2019-cu ildə Sublime Artist ilə müqavilə bağlayıb. Onun iştirak etdiyi seriallar arasında “Qızıl göy qurşağı”, “Məktəb 2017”, “Mənim adımla” və “Bir arzu etmək” var. 

# 2541
avatar

Oxşar yazılar