Mahnılarımızdakı dil nöqsanları müzakirə olunub.
Lent.az-ın xəbərinə görə, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Azərbaycanda mahnıların monitorinqini aparıb, nöqsanlar aşkarlayıb.
Bu barədə mərkəzin "Mahnılarımız monitorinq aynasında" adlı tədbirində məlumat verilib.
Bildirilib ki, mahnı mətnlərində leksik və qrammatik norma pozuntusu, üslub və ifadə səhvləri, ifalarda isə çox vaxt dialekt elementlərinə rast gəlinir. 350-yə yaxın mahnının monitorinqə cəlb edilməsi nəticəsində 177 mahnıda 1 253 norma pozuntusu müəyyənləşdirilib.
Mahnıların monitorinqi zamanı 668 orfoepik, 111 leksik, 144 qrammatik, 330 üslub və ifadə səhvi aşkarlanıb.