“100 yaşımı qeyd edib, 5 il də rahat yaşamaq istəyirəm” - Anar
14 mart 2023 15:02 (UTC +04:00)

“100 yaşımı qeyd edib, 5 il də rahat yaşamaq istəyirəm” - Anar

Bu gün Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anarın 85 yaşı tamam olur.

Lent.az olaraq Anarı ad günü münasibəti ilə təbrik edib, ürək sözlərini eşitmək istədik.

Saytımıza danışan Xalq yazıçısı özünü yaxşı hiss etdiyini, yeni əsərlər üzərində işlədiyini bildirdi:

“Bu il bir kitabımın çıxması gözlənilir. Adını deməyəcəm, çıxanda oxucularımız görəcəklər”.
 

“Anar bəy, mətbuata verdiyiniz bir açıqlamada özünüzə 105 il ömür arzulamısınız. Niyə məhz 105 il?” - sualımıza isə yazıçı maraqlı cavab verdi:

“100 illik yubileyimi qeyd edib, 5 il də rahat yaşamaq istəyirəm”.

Yazıçı yubileyinin dövlət səviyyəsində qeyd olunmayacağını, doğum gününü ailəsi ilə qeyd edəcəyini bildirdi.
 

# 10140
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar