Macar alim Azərbaycana 300 kitab bağışladı
Azərbaycanın Macarıstandakı səfirliyindən Lent.az-a verilən məlumata görə, kitabları səfir Vilayət Quliyevə təqdim edən macar alimi özünün bu addımını son illərdə azərbaycanlı həmkarları ilə yaranmış sıx qarşılıqlı əməkdaşlığın nəticəsi kimi qiymətləndirib.
Əksəriyyəti 1950-1980-ci illərdə Avropanın müxtəlif ölkələrində çap olunan kitablar müasir filologiya elminin, xüsusən də türkologiyanın aktual problemlərinə həsr edilib.
Qeyd edək ki, bu akademik Xazainin ölkələrimiz arasında elmi əməkdaşlığın inkişafına ilk töhfəsi deyil. Ötən il o, şəxsi kitabxanasında saxlanan 1000-ə qədər kitab, məcmuə, jurnal, habelə bir sıra əlyazmalarını təmənnasız olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Əsaslı kitabxanasına bağışlamışdı.
Naxçıvan Dövlət Universitetinin rektoru akademik İsa Həbibbəyli birgə tədqiqatlar aparmaq, habelə tələbələr qarşısında türkologiya tarixinə və türk dillərinə dair mühazirələr oxumaq məqsədi ilə tanınmış macar alimini bu ilin payızında Naxçıvana dəvət edib.

Oxşar yazılar

Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55