Kinoteatrda “Dolu” səs-küyü
Lent.az-ın məlumatına görə, film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilib.
Çəkilişlərinə ötən ilin yayından başlanan filmin ssenari müəllifi Aqil Abbas, quruluşçu rejissoru Elxan Cəfərov, operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğludur.
Filmdə həm tanınmış, həm də kinoda ilk addımlarını atan aktyorlar yer alıb. Xalq artisti Fuad Poladov (katib), əməkdar artist Məmməd Səfa (komandir), əməkdar artist Fərhad İsrafilov (rəis) və digərləri rol alıblar. Əsərdəki əsas obrazlardan Pələng və Drakon obrazları tamaşaçıların marağına səbəb olub.
Film Ağdama yağan güclü dolunun yaratdığı dağıntılarla başlayır. Daha sonra bu səs-küyü düşmənin atdığı top-tüfəngin səsi əvəz edir. Yüksək vətənpərvərlik, döyüş əhval-ruhiyyəsi ilə çəkilən filmdə ermənilərin Ağdamı işğal etməsi, dinc əhaliyə divan tutmaları, həmin dövrdə Azərbaycan ordusundakı pərakəndəlik lentə alınıb.
Film Ağdam uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olanların ruhlarının ermənilər tərəfindən işğal olunan Ağdam ərazisinə keçərək, doğma torpaqlara doğru addımlaması ilə başa çatır.
“Dolu” tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Jalə

1386