Gənc Tamaşaçılar Teatrının rəhbərindən gənclərə dəstək gəldi
Lent.az-ın məlumatına görə, teatr rəhbəri bildirib ki, bundan əvvəlki festivalda gənclər öz istedadlarını göstərərək, insanlarda maraq oyadıblar. Mübariz Həmidov bildirib ki, rəhbərlik etdiyi teatrı gənclərə dəstək olmaq üçün onlara yer ayırıb: “Bu il də onlar üçün qapılarımızı açacağıq. Hazırda bildiyim qədər pyeslərin qəbulu işinə start verilib. Yekun olaraq noyabr ayında Dövlət Gənc Tamaşaçılar Teatrında seçilmiş səhnə əsərlərinə baxışlar keçiriləcək. Biz teatrın səhnələrini ürəklə cavanların ixtiyarına verəcəyik”.
Bu dəfəki festivalın mövzusuna toxunan Mübariz Həmidov bildirib ki, olduqca aktual olan bu mövzunun yaranmasına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 12 iyul 2011- ci ildə elan etdiyi yeni qlobal gənclər ekoloji kampaniyası - "Ətraf mühitin müdafiəsi fəaliyyətində beynəlxalq dialoq" (International Dialogue on Environmental Action - İDEA) zəmin yaradıb: “Biz də bunu dəstəkləyirik. Çünki ekologiya cəmiyyətimizdə bir problem olaraq qalmaqdadır. Hər kəs öz sahəsində ətraf mühitin təmizlənməsinə, qorunmasına kömək etməlidir. Gənclər də öz növbəsində iştirak etdikləri səhnə əsərləri ilə buna cavab verəcəklər. Səhnə əsərinin təsir qüvvəsi yəqin ki, daha güclü olacaq. Səhnə birbaşa təbiətə, həyata, cəmiyyətə sirayət edəcək
Mübariz Həmidov bildirib ki, festival barədə beynəlxalq qurumları da məlumatlandırmaq fikrindədirlər: “Gənc Tamaşaçılar Teatrı YUNESKO-nun nəzdində Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasına (ASSİTEJ) üzv seçilib. Beynəlxalq Assosiasiyanın Azərbaycan Milli Mərkəzi olaraq festivalın keçirilməsi ilə bağlı ASSİTEJ-ə üzv olan 84 ölkəyə məlumat verdik. Biz eyni zamanda ASSİTEJ-in milli mərkəzi olaraq bu layihənin iştirakçılarından biri olacağıq. Təbii ki, burda keçirilən festival, eləcə də qalib gələn gənclərin uğurları haqqında ASSİTEJ-in baş ofisinə, həm də qurum üzvləri olan milli mərkəzlərə bu barədə məlumat verəcəyik.
Xatırladaq ki, festivala ssenarilər avqust ayının 12-ə qədər qəbul olunacaq. Layihənin informasiya dəstəyi Guney.az və Lent.az xəbər portaları və Araz FM radiosudur.

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11