Siyavuş Aslan reanimasiya şöbəsindən palataya köçürülüb
08 avqust 2011 19:01 (UTC +04:00)

Siyavuş Aslan reanimasiya şöbəsindən palataya köçürülüb

Bu haqda APA-ya xalq artistinin oğlu Eldar Aslan bildirib. Onun sözlərinə görə, bu gün xəstəxanada baş həkimin iştirakı ilə konsilium keçirilib: “Həkimlər qərara gəliblər ki, xəstənin vəziyyəti ağır qiymətləndirilsə də, yaxşılılığa doğru gedir. Həkimlər Səyavuş müəllimi palataya köçürməyə qərar veriblər. Hazırda atam palatadadır və vəziyyəti normaldır. Atamda Atamın bir neçə xəstəlikdən – təzyiq, ürək xəstəliyi və şəkər xəstəliyindən əziyyət çəkməsi vəziyyətini ağırlaşdırıb. Ona gərə də ehtimal çoxdur ki, hələ bir müddət bu xəstəxanada qalacaq. İstəyirik ki, bütün müayinələrdən keçsin və müalicəsi davam etdirilsin, xəstəxanadan tam sağlam formada çıxsın”.

Xatırladaq ki, xalq artisti avqustun 3-də ağır vəziyyətdə 4 saylı Şəhər Xəstəxanasına gətirilib, sonradan isə Klinik Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Müayinələr nəticəsində xalq artistinin işemik insult keçirdiyi məlum olub.
# 1164

Oxşar yazılar