Şamil Süleymanov: “Müəllimi Hamletə dəyişmərəm”
03 avqust 2011 11:35 (UTC +04:00)

Şamil Süleymanov: “Müəllimi Hamletə dəyişmərəm”

Aktyorun Lent.az-a verdiyi məlumata görə, hazırda Aqil Abbasın “Dolu” romanı əsasında çəkilən eyniadlı filmdə müəllim roluna çəkilir. Filmin rejissoru Elxan Cəfərovdur: “Bu rolu çox istəyirəm. İnanın ki, bu dəqiqə müəllimi Hamletə dəyişmərəm. Hazırda İsmayıllıda çəkilişlər gedir. Kino gününə görə, çəkiliş meydançasından çıxıb bura gəlmişik”.


Müəllim rolu ilə paralel olaraq Şamil Süleymanov “Çölçü” filmində məscid xadimi obrazına çəkiləcək. Bundan başqa, aktyor bir epizodik rolda da iştirak edəcək: “Bu il həyatımda ilk dəfə olaraq, şah rolunda oynayacağam. Düzdür, bu, epizodik roldur, amma mənim üçün əzizdir. Mirzə Fətəli Axundova həsr olunmuş “Sübhün səfiri” filmində “Aldanmış kəvakib”dən bir səhnə canlandırılacaq. Orda da Şah Abbas obrazını mən yaradacağam”.

Xəyalə
# 1706

Oxşar yazılar