Şərif Ağayarın romanı işıq üzü gördü
“Qanun” nəşriyyatında “Ən yeni ədəbiyyat” seriyasından nəşr olunan “Haramı” kitabında müəllifin eyniadlı romanı və “Xürrəm” povesti yer alıb. Şərif Ağayarın Lent.az-a verdiyi məlumata görə, roman Qarabağın vaxtilə ermənilər tərəfindən işğal olunan və sonradan boşaldılan ərazilərində məskunlaşmış bir ailənin başına gələn qeyri-adi əhvalatlardan bəhs edir. Əsərin qəhrəmanı Səməndər igid, qoçaq adamdır, ancaq cəmiyyətdə öz yerini tapa bilmir. Ona görə ermənilərlə təmas xəttində yaxın neytral bir zonada məskən salır. Zamanla uyuşmayan Səməndər cəmiyyətdən nə qədər uzaq qaçmağa çalışsa da, bu, mümkün olmur. Dərin ziddiyyətlər qurbansız ötüşmür. Həmişə olduğu kimi yenə də zaman qalib gəlir!
“Haramı” müasir roman xüsusiyyətlərini uyğun olaraq qələmə alınıb. Romanda yunan mifologiyası, Azərbaycanda ilk yazılı mənbə sayılan “Əhməd harami dastanı” və digər mətnlərlə əlaqələr qurulub. Romanda 3 mətn var: əsas hadisələri əks etdirən mətn, 7 günlük gündəlik və 12 əhvalat. Rəqəmlərin xüsusi məna daşıdığı əsərdə əsas hadisələr bədii, gündəlik isə publisistik üslubda qələmə alınıb. Əhvalatlar ağız ədəbiyyatı janrında indiki zamanda nəql olunur.
Romanda detektiv xətt, pornoqrafiq elementlər də var. Əsər həyat reallıqları əsasında ərsəyə gəlib, prototiplərinin də çoxu həyatdan götürülüb. “Xürrəm” povestində isə heç bir fikrində sabit olmayan gənc yazarın düşdüyü tragikomik situasiyalar təsvir olunur.
“Haramı” kitabını şəhərimizin kitab mağazalarından əldə etmək mümkündür.
Xatırladaq ki, “Harami” Şərif Ağayarın sayca dördüncü kitabıdır. Bundan öncə yazarın “Səhra məsnəvisi” (şeirlər), “Kərpickəsən kişinin dastanı” (povest) və “Aftafalı Antrakt” kitabları işıq üzü görüb.
Xəyalə Muradlı

663