
“Mozalan” kino-jurnalı üçün ssenari müsabiqəsi yekunlaşdı
Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi “Mozalan” kino-jurnalı üçün ssenari müsabiqəsi başa çatıb. Nazirliyin mətbuat katibi Zöhrə Əliyevanın Lent.az-a verdiyi məlumata görə, “Mozalan”a ictimai diqqəti artırmaq, onun süjetlərini müasir həyatın tələblərinə cavab verən mövzularla zənginləşdirmək və kino-dramaturgiyanın bu növünə yeni qüvvələr cəlb etmək məqsədi ilə keçirilən müsabiqəyə professional kino-dramaturqların və digər müəlliflərin müasir həyatımızın problemlərini əks etdirən, 2-4 dəqiqəlik bədii süjet üçün nəzərdə tutulan ssenarilər təqdim olunub. Müsabiqəsinin münsiflər heyətinin qərarına əsasən “Mozalan” kinojurnalı üçün ssenari müsabiqəsinin üç qalib ssenarisi müəyyənləşib. “Ağıllı” və ya “Nağdsız haqq-hesab” (müəllif: Məlikov Rüfət) birinci, “Lift” (müəllif: Elçin Musaoğlu) ikinci, “Heyvanlar aləminə səyahət” (müəllif: Lalə Abbasova) üçüncü yerə layiq görülüb.
Münsiflər heyətinin müəyyən etdiyi qalib ssenarilər “Mozalan” studiyasında çəkiləcək və onların müəlliflərinə qonorar veriləcək.
Xəyalə
Münsiflər heyətinin müəyyən etdiyi qalib ssenarilər “Mozalan” studiyasında çəkiləcək və onların müəlliflərinə qonorar veriləcək.
Xəyalə
Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27