Rusiya telekanalında Azərbaycan mədəniyyətindən danışılacaq
Rusiya Federasiyasının “Kultura” telekanalının Alla Siqalovanın müəllif və aparıcısı olduğu “Göz gözə” telelayihəsinin növbəti buraxılışı Azərbaycan mədəniyyətinə həsr edilib.
Buraxılışı hazırlamaq məqsədilə beş nəfərdən ibarət çəkiliş qrupu Bakıda səfərdə olub. Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən Lent.az-a verilən məlumata görə, çəkilişin birinci günündə “Eurovision 2011”-in qalibləri Nigar Camal və Eldar Qasımovun iştirakı ilə “Ulduz ilə mətbəx” epizodu lentə alınıb. Epizod zamanı Alla Siqalova ilə birlikdə ulduzlar milli yemək hazırlayıb, həm mətbəx bacarıqları, həm də öz ifaları ilə məharətlərini göstəriblər.
Çəkilişlərin ikinci günü “Azərbaycan rəqsi” epizodu lentə alınıb. Azərbaycan Dövlət Filarmoniyasında Dövlət Rəqs Ansamblının ifasında ölkəmizin milli rəqsləri olan “Yallı”, “Toy”, “İgidlər” çəkiliş qrupu tərəfindən çəkilib. Rəqslərdən sonra ansamblın rəqqasları milli rəqsimizin bəzi elementlərini verilişin aparıcısı Alla Siqalovaya öyrədiblər. Sonra Filarmoniyanın binasında ansamblın bədii rəhbəri Afaq Məlikovadan müsahibə götürülüb.
Proqramın “Milli geyim” epizodunun hazırlanması üçün çəkilişin üçüncü günü Dövlət Rəqs Ansamblının rəqqasları açıq havada “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində Azərbaycanın milli geyimlərini nümayiş etdiriblər.
Daha sonra çəkilişlər “Göz gözə” verilişinin aparıcısı və müəllifi Alla Siqalovanın təqdimatında paytaxtımızın gəzməli və görməli məkanlarında davam etdirilib. Verilişin hazırlıq işləri başa çatdıqdan sonra yaxın zamanlarda “Kultura” telekanalının efirində göstəriləcək.
Xəyalə

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27