Nikolas Rurua: “İstənilən məsələdə Azərbaycana kömək etməyə hazırıq”
20 iyun 2011 18:45 (UTC +04:00)

Nikolas Rurua: “İstənilən məsələdə Azərbaycana kömək etməyə hazırıq”

“Azərbaycanın mədəni sərvətləri həm də Gürcüstan mədəniyyətinin sərvəti sayılır. Odur ki, biz onları öz mədəniyyətimiz kimi böyük diqqətlə qoruyuruq. Bunlar yalnız sözdə deyilmir, əməldə də görmək olar”.

Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Mədəniyyət və abidələrin mühafizəsi naziri Nikolas Rurua deyib. İki ölkə arasındakı əlaqələri yüksək qiymətləndirən nazir Gürcüstanda görülən işlər barədə danışıb. Nazir bildirib ki, Gürcüstanda mövcud olan folklor ansambllarının hamısını dəstəkləyirlər. Nazirlik Azərbaycan dilində qəzeti maliyyələşdirir və çap edir. Eləcə də iki ölkənin peşəkarları gürcüstandakı Azərbaycan tarixi mədəni abidələri üzərində çalışırlar: “Odur ki, mən heç bir problem görmürəm. Əlbəttə ki, həmişə daha çox şeylər etmək istəyi var. Düşünürəm ki, proses düzgün istiqamətdə gedir”.

Azərbaycanı “Eurovision-2011” qələbəsi münasibəti ilə təbrik edən Nikolas Rurua, Gürcüstanın bu müsabiqədə yüksək səviyyədə təmsil olunacağını da açıqlayıb: “Azərbaycanın bu qələbəsinə çox sevinirik. Sözsüz ki, qonşu və dost ölkə olaraq Azərbaycanın ev sahibliyi edəcəyi müsabiqədə təmsil olunacağıq. İstənilən məsələdə də Azərbaycana kömək etməyə hazırıq”.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 649

Oxşar yazılar