Sunami yaponları dünyanın ən bahalı skripkasını satmağa məcbur edib
29 aprel 2011 23:12 (UTC +04:00)

Sunami yaponları dünyanın ən bahalı skripkasını satmağa məcbur edib

Lent.az-ın “Gramophone” nəşrinə istinadən verdiyi məlumata görə, Antonio Stradivarının hazırladığı “Ledi Blanq” adlı skripkanın qiyməti minimum 10 milyon dollardır.

Bu skripka 2008-ci ildə keçirilən sərgidə məhz bu qiymətə “Nippon Foundation” tərəfindən alınıb. Skripka “Nippon Foundation”un vacib musiqi alətləri eksponatlarından biridir. “Ledi Blanq”-ın satışından əldə olunan vəsait Yaponiyada 11 martda baş verən dağıdıcı zəlzələ və sunamidən zərər çəkənlərə yardım üçün xərclənəcək.

Dünyanın ən bahalı skripkası iyunun 20-də “Tarisl” veb-saytında təşkil olunacaq auksionda satılacaq.
# 1062

Oxşar yazılar