“Evdə tək öləcəm, xəbəriniz də olmayacaq...” - HEKAYƏT
... Həyat təzə-təzə üzünə gülməyə başlamışdı. Hələ indi-indi bir xoş güzəran görürdü. Taleyin ona vurduğu zərbələri geridə qoyub başqa bir həyat yaşamaq istəyirdi. Uşaqlıqda çəkdiyi əzab-əziyyətlərdən, iztirablardan uzaq bir həyat... Özünə yaxşı şərait qurmuşdu. Ev-eşik sahibi olmuşdu. Axır ki, əli pula çatmışdı. Ürəyi istəyəni ala, geyinə, yeyə... və gülə bilirdi. Doya-doya... Elə bil uşaq yaşlarında çəkməyə məhkum olduğu zülmün acığını bu günündən çıxırdı. Daha zərbə almaq istəmirdi. Buna tab gətirə bilməyəcəyindən qorxurdu. İndiyədək yaşadığı bütün acıları, kədərləri, mübarizələri arxada buraxıb, sadəcə yaşamaq istəyirdi. Sözün həqiqi mənasında yaşamaq. Keçmişi xatırlamadan, yada salmadan... Ürəyi də yaşamaq eşqilə döyünürdü. Ölümünü gözlədiyi yaşını - 50-ni salamat şəkildə haqlamışdı deyə, həyata bir az da artıq tutunmağa başlamışdı. İnanılmaz idi onun üçün – necə də olmasa, ailə üzvlərinin edə bilmədiyini bacarmışdı – bu yaşda ölümə qalib gəlmişdi. Demək, artıq keçmişi, çəkdiyi əzabları, aldığı zərbələri unudub həyata, yaşama davam etmək lazım idi. Amma bu o qədər asan idimi?! Ötən günlərin acısını heç olmamış kimi silib atmaq hələ heç kimə müyəssər olmamışdı. Elə ona da... O, ömrü boyu yaşadığı acıların, axıtdığı göz yaşlarının təsirindən çıxa bilmədi. Bəzən həyatını səhnədə oynadığı rollara yansıtdı, bəzən yaratdığı obrazlarda öz taleyini yaşadı. Bəzən də çəkdiyi bütün əzabları xatırlayıb, bəxtinə ağladı sadəcə... Həyatın ona vurduğu zərbələr bu qədər göz yaşına dəyərdi əslində...
1958-ci ildə Bakıda sadə və zəhmətkeş bir ailədə dünyaya göz açmışdı Elçin Həmidov. Ailənin üçüncü övladı idi. Ondan böyük bir qardaşı və bacısı vardı. Sonra isə ailənin son beşiyi anadan olmuşdu. İlk illər həyat öz axarı ilə davam edirdi. Uşaqlar ata-analarının gözləri qarşısında böyüyürdülər. Bir-birinin ardınca məktəb yaşlarına çatırdılar. Amma hər şey heç gözlənilməyən məqamda alt-üst olur. Dərsdən qayıdan Elçin anasını üzü üstə döşəməyə yıxılmış halda ölü olaraq tapır. Bu, hələ 10 yaşı olmayan Elçinin həyatdan aldığı ilk böyük zərbə olur. Bir azyaşlı uşaq üçün bundan böyük faciə ola bilməzdi. Amma hələ bu dərdi soyumamış Elçin ikinci zərbəylə qarşılaşır. Bu dəfə də atası dünyasını dəyişir. Valideynlərinin vaxtsız ölümündən sonra başsız qalan yetimləri əminin ümidinə buraxırlar. Ancaq doğma əmidən ögey münasibət görürlər. Nə əmisi, nə də onun yoldaşı uşaqlara yaxşı baxır. Himayəsində olduğu əmisigil onu çox incidirdilər. Ev süpürməyə, yığışdırmağa, paltar yumağa məcbur edirdilər. Bəzən qarın dolusu yeməyi belə əsirgəyirdilər. Elçin dəfələrlə məktəbə ac-susuz getmək məcburiyyətində olurdu. O qədər ac qalırdı ki... Hətta bir dəfə acından ürəyi də getmişdi. Həmin gün onların sinfini kinoteatra aparmışdılar. Bütün uşaqlar kinoya baxa-baxa bulka yeyirdilər, sevinirdilər, deyib-gülürdülər. Elçin isə bunların heç birini edə bilmirdi. Ac idi. Heç halı da qalmamışdı. Amma özünü sındırmırdı. Uşaqların hansınasa yaxınlaşıb yedikləri bulkadan ona da vermələrini istəmirdi. Getdikcə aclıq ona güc gəldi, heyi kəsildi, vəziyyəti pisləşdi. Elə onda da acından ürəyi getdi... Elçini o biri uşaqlardan fərqləndirən başqa cəhət də vardı - həsrət. Başqa uşaqlar sevdikləri şeyləri elədikləri halda Elçin bunların hamısına həsrət idi. Həmyaşıdları karusellərə minib əylənirdilər. Elçin isə arzusunda olduğu o karusellərə kənardan həsrətlə baxmaqla kifayətlənirdi. Yayda uşaqlar sevinərək dondurma yeyirdilər. Elçin isə bu ləzzətli təamın dadından bəlkə də xəbərsiz idi. O, bütün bu məhrumiyyətlərə dözə-dözə böyüməyə çalışırdı...
Günlərin birində o vaxt Musiqili Komediya Teatrında rejissor assistenti işləyən Novruz Qartaldan bir cavan oğlanı işə götürməyi xahiş edirlər. O da tanışının xahişini yerə salmayıb uşağı teatrın xoruna götürür. Novruz Qartal o günləri belə xatırlayır: “Onda xormeyster Arkadi Lvoviç idi. Bir gün məni yanına çağırıb dedi ki, “Bu oğlanın yaxşı səsi var. Amma hələ həddi-buluğa çatmayıb, keçid dövrünü yaşayır. Qorxuram səsi batar. Hələlik onu başqa işə keçirək, qoy bir müddət işləməsin”. Onda Elçinin 15 yaşı olardı, onu işıq sexinə keçirdik. O vaxt işıq sexində Tofiq Məlikov və Hüseynağa Atakişiyev işləyirdi. İl yarım işıq sexində işlədi və yenidən xora qayıtdı. Elçin hələ o vaxtdan aktyorları, müğənniləri parodiya edirdi. Bir az sonra əsgərliyə getdi və qayıdıb İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil oldu. İnstitutu bitirəndən sonra isə təyinatını elə bu teatra verdilər. 35 ildən çox burada işlədi. Müxtəlif obrazlar yaratdı. “Planeta parni iz Baku” teatrına qoşuldu. Bunu da danmaq olmaz ki, onu xalqa tanıtdıran və sevdirən məhz oradakı ifası oldu. Xüsusən də Məzi obrazı. Musiqili Komediya Teatrında son rolu isə “Evlənmə” tamaşasında Yaiçnitsa oldu. Bu tamaşanın üçüncü premyerası Elçinə qismət olmadı”.
... Elçin artıq böyümüşdü... Uşaqlıq iztirablarını, yetimliyin acısını dindirməyə çalışırdı. Amma çox keçmir ki, Elçin həyatdan növbəti zərbəsini alır. Bu dəfə çox sevdiyi bacısı Leyla anasının aqibətini yaşayır. Özünə ikinci ana bildiyi bacısı 42 yaşında dünyasını dəyişir. Ardından iki balasını gözüyaşlı buraxaraq. Bunun ardınca daha bir faciə - kiçik qardaşı Hafiz bacısının itkisinə dözməyib, havalanır. Və 34 yaşında həyatla vidalaşaraq, özünü dənizə atır... Həyat hələ də yorulmur. Öz sərt üzünü Elçinə göstərməyə davam edir. Bacısının həyat yoldaşı ilini gözləmədən başqa bir qadınla evlənir. Bu da Elçinə çox pis təsir edir. Belə bir hərəkəti bacısına qarşı xəyanət kimi qiymətləndirir...
... Beləcə, Elçin Həmidov ailə üzvlərini bir-bir itirir. Qalır bircə qardaşı. Ancaq onun da ömrü qısa olur. Həyatda tək yaxını, doğması olan qardaşı da eyni mərəzdən – hipertoniyadan vəfat edir. İki balasını yetim qoyaraq. Bununla da Elçin tək qalır. Tək-tənha... Və elə ömrünün sonuna kimi bu tənhalıqdan yaxa qurtara bilmir. Ya da özü istəmir. Qohum-əqrəbanı da çox yaxına buraxmır. Onun üçün yaxın dost uzaq qohumdan qat-qat üstün idi.
Ən yaxın dostlarından biri də elə bacı kimi çox istədiyi, sirlərini paylaşdığı aktrisa Nahidə Orucova olub. Nahidə xanım instituta daxil olanda Elçin artıq ikinci kursda oxuyurdu. Sarayda keçirilən konsertlərdə birgə iştirak edirdilər. Sonra Musiqili Komediya Teatrında da bir işlədilər. Eyni zamanda “Montin”də qonşuluqda yaşayırdılar. Bütün bunlar dostluqlarının getdikcə möhkəmlənməsinə zəmin yaradırdı: “Elçinlə hər gün danışırdıq, gün boyu nə olurdusa, axşam telefonla da olsa, mütləq müzakirə edirdik. Məni bacısı kimi çox istəyirdi. Xəstələnəndə ona mən qulluq edirdim. Hər yerə birlikdə gedib gəlirdik, teatrda bir yerdə olurduq deyə bizə “ər-arvad” deyirdilər. Bəzi günlər səhər məşqimiz, axşam tamaşamız olurdu. Arada bir az vaxt qalanda bulvara gedib qol-qola gəzirdik. Camaat baxanda zarafatla, gülə-gülə deyirdi ki, “nədi, niyə baxırsız? Ailəmlə gəzməyə çıxmağa ixtiyarım yoxdu?” Çox zarafatcıl insan idi. Elə bir adam tapılmaz desin ki, Elçin mənim xətrimə dəyib. Onunla dalaşmaq da mümkün deyildi axı. Hərdən xoşagəlməz bir söz desəydi də, o saat peşman olurdu ki, “qurban olum, bağışla, vallah, zarafat edirdim”. Elçinin çox acınacaqlı həyatı olub. Çox böyük əzab-əziyyətlər çəkib. Ailə üzvlərini vaxtsız itirib. Elə bilirsiz onun saçları elə-belə tökülüb? Hamısı stressin, sarsıntıların, yaşadığı faciələrin nəticəsidir. Başqa bir zəif adam olsaydı, o zərbələrə tab gətirə bilməzdi, havalanardı. Amma Elçin dözdü, həyatdan bərk əllə yapışdı. Çətinlikləri arxada qoyub, özünə gül kimi ev-eşik qurdu. Hər xırda şeydən sevinməyi bacardı. Evə bir qaşıq alanda da sevinirdi, “Planeta Parni iz Baku”nun kasetləri çıxanda da. Çünki hər şeyi əziyyətlə, cırmaqla qazanırdı. Özü də yaman surətpərəst idi. Hər şeyin gözəlini və yeniliyi sevirdi. Çox səliqəli, təmiz və mədəni idi, olduqca gözəl, zövqlə geyinirdi”.
Nahidə xanım xatırlayır ki, Elçinin hələ institut illərində bir sevgilisi vardı. Amma bu sevginin ömrü çox qısa olmuşdu nədənsə. Sonradan Elçin Həmidov başqa birinə aşiq olur - bir tatar qadına: “Onların arasındakı münasibət uzun illər davam etdi. Amma sonradan hansı səbəbdən ayrıldılar, niyə evlənmədilər, bilmirəm. İndi o qadının harda olduğu da mənə məlum deyil. Sadəcə bircə şeyi bilirəm ki, Elçin onu unutmamışdı. Hərdən yada salırdı. Hərdən də xəyala dalırdı. Soruşurdum, “nolub, ay Elçin? Deyirdi, “heç, o, yadıma düşdü...” Həmişə deyirdim ki, “ay Elçin, evlən, heç olmasa yanında bir adam olsun”. Amma evlənmirdi. Deyirdi, “axı necə evlənim? Anam, atam, bacım, qardaşım yoxdu. Bir qabağa düşən olmalıdır da”. Həm də Elçin xasiyyətcə çox eqoist olub, çox. Fikirləşirdi ki, “güclə ev-eşik qurmuşam. Evlənərəm, birdən yola getməyib boşanarıq, onda hər şeyi əlimdən alar”. Həm də təkliyi çox xoşlayırdı. Bizə gəlirdi, 1 saatdan artıq oturan kimi deyirdi, “ürəyim partlayır, gedirəm”. Bir yerdə qərar tutub oturmurdu. Artıq tənhalığa öyrəşmişdi. Həyatını kiminləsə bölüşmək istəmirdi. Həm də tez öləcəyindən qorxurdu. Çox qorxurdu... 50 yaşı olandan sonra dedi, “Nahidə, çox qəribədi, heç özüm də inana bilmirəm ki, bu yaşa çata bildim”. Ailə üzvlərinin hamısı tez rəhmətə getmişdi deyə, əmin idi ki, onu da eyni aqibət gözləyir. Özü də deyirdi, “evdə tək öləcəm, xəbəriniz də olmayacaq, gəlib görəcəksiz ki, artıq ölmüşəm”. Amma heç ölmək istəmirdi, heç. Həyatı, yaşamağı sevirdi”.
Novruz Qartal xatırlayır ki, 2010-cu ilin yanvarında teatrın heyəti “O olmasın, bu olsun” tamaşası ilə İrana festivala getmişdi. Onların çıxışına bir gün qalmış Elçin Həmidov kriz keçirir: “Birdən təzyiqi qalxdı, yıxıldı yerə, rəngi qapqara qaraldı. Qorxduq, elə bildik öldü. Təcili yardım gəldi, onu tez xəstəxanaya çatdırdı. Orda həkim soruşdu, “sən qan verirsən?” Dedi, “hə”. Həkim dəhşətə gəldi ki, “bunu sənə hansı həkim deyib?! Bir də belə şey eləmə. Sənin qan damarlarını genişləndirmək lazımdır, vəssalam”. Onda həkim Elçinə müalicə yazdı. Bərk-bərk tapşırdı ki, bu müalicəni qurtarandan sonra mütləq bura qayıt. Özü də xəbərdarlıq da etdi ki, əgər bir dəfə də belə kriz tutsa, sağ çıxmayacaq. Elçin iranlı həkimin yazdığı müalicəni elədi, amma sonra ora getmədi. Neçə dəfə dedim getsin. Amma nəsə başı soyuqluq elədi. Getsəydi, bəlkə də belə olmazdı. Amma görünür, onun da qisməti belə yazılıbmış...”
Nahidə xanım isə martın 4-də dostuna zəng vurub. Fidan və Xuraman Qasımovaların konsertinə onunla birgə getməsi üçün. Amma dostu onun heç bir zənginə cavab vermir: “Günorta 2-dən sonra neçə dəfə zəng vurdum, götürmədi. İndiyə kimi belə şey olmamışdı heç. Mən də fikirləşdim ki, “Allah bilir, yenə özlüyündə nədən inciyib, yəqin ona görə telefonu götürmür”. Naəlac qalıb, konsertə onsuz getdim. Konsertdən qayıdandan sonra da zəng vurdum, götürmədi. Artıq səhəri gün də zənglərimə cavab vermədiyini görəndə narahat oldum. Kübra xanıma zəng vurdum. Gəlib gördük ki, artıq iş işdən keçib. Hər şey özünün dediyi kimi olmuşdu...”
... Hər şey dediyi, düşündüyü, gözlədiyi kimi də oldu. Qorxduğu başına gəldi. Həyat ona son zərbəsini yetirdi. O da bütün ailə üzvlərinin başına gələn faciə ilə üzləşdi. İllər öncə anasını döşəməyə yıxılmış halda ölü tapmışdı. Bu dəfə isə onun özünü eynilə bu vəziyyətdə tapdılar... O ölmüşdü. Özünün də dediyi kimi, tək-tənha, heç kimin xəbəri olmadan...
O, sonralar yüzlərlə, minlərlə karusellər gördü. Bəlkə gizlin-gizlin minib, uşaqlığından bəri içində qalan sızıltını söndürməyə də çalışdı... Uşaqlığında əli çatmayan bulkalardan daha dadlılarını, daha gözəllərini, daha istilərini tapdı. Dostlarıyla birgə deyə-gülə doyunca yedi də... O, cocuqluğundan gözünü qırmış ölümün acığına yaşadı da... O, uşaqlığından dodaqlarında donub qalmış yarımçıq gülüşü canlandırdı, doya-doya güldü, güldürdü... O, ömrünün ilk illərində itirdiyi yaxınlarının yerini ömrünün sonuna qədər qazandığı dostlarıyla doldurmağa çalışdı... Oynadığı rolları ilə yaşadığı çətinliklərdən, əzablardan qaçmaq, başqa cür olmaq, başqa adam olmaq, başqa tale yaşamaq, fələk onu tapmasın deyə Məzinin, Yaiçnitsanın, Soltan bəyin, parodiya elədiyi sənətçilərin səsinin, obrazının arxasında qalıb, onlardan biri olmaq istədi bəlkə də... Bunun üçün hər şey elədi... Hər şeyi!
Amma taledən qaça bilmədi... Elçin Həmidov kimi yaşadı, Elçin Həmidov kimi yaratdı, Elçin Həmidov kimi öldü...
Məzarın nurla dolsun...
Xəyalə MURADLI
[email protected]

1867