Xəzər dənizi turizminin inkişafı ilə bağlı layihə hazırlanacaq
Nazirlikdən Lent.az-a verilən məlumata görə, görüşdə nazir ilk olaraq Azərbaycan prezidenti tərəfindən ölkədə turizmin inkişafı ilə bağlı 5 illik proqramın imzalandığını diqqətə çatdırıb. Aprelin 7-dən 9-a qədər Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, forumda iştirakı təsdiq olunmuş yüksək vəzifəli şəxslər haqqında məlumat verib. 28-30 aprel tarixində Bakı Sərgi Salonunda keçiriləcək Azərbaycan Beynəlxalq Sərgisi və II Daxili Turizm Sərgisi haqqında məlumat diqqətə çatdırıldıqdan sonra ÜTT-nin səlahiyyətli nümayəndəsi sərgilərdə iştirak etmək üçün Bakıya dəvət olunub.
İclasda Ə. Qarayev may ayında Las-Veqasda keçiriləcək Dünya Turizm Sammitində iştirak edəcəyi ilə bağlı razılığını və sammit çərçivəsində ÜTT-nin baş katibi ilə görüşməkdən məmnun olacağını da bildirib.
ÜTT-nın Avropa üzrə regional direktor müavini Kodrula Vohlmuther təşkilatın özü tərəfindən hərtərəfli olaraq dəstəklənən, regional əməkdaşlığın təşviqi, turizmin və turizm məhsulu istehsalının inkişafına töhfə verə biləcək Xəzər dənizi regionunda kruiz turizminin inkişaf etdirilməsi təşəbbüsü ilə çıxış edib. Müəyyən məlum problemlərin olmasına baxmayaraq, nazir Xəzər dənizi turizminin inkişafı layihəsinə tam olaraq dəstək verdiyini deyib. Müzakirələr zamanı BMT-nin ÜTT tərəfindən regional əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə Azərbaycana təşkilat tərəfindən yüksək səviyyəli peşəkarların göndərilməsi təklif olunub.
Əbülfəs Qarayev bəzi sərgilərdə Azərbaycan ərazisinin Ermənistanın tərkib hissəsi kimi təqdim edilməsinin yolverilməz olduğunu da deyib. BMT tərəfindən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı 4 qətnamənin qəbul olunduğu diqqətə çatdıraraq Dağlıq Qarabağ regionunun beynəlxalq sərgilərdə iştirakı ilə bağlı nəzarətin gücləndirilməsi məqsədilə BMT qətnamələrinin həyata keçirilməsində ÜTT-nin dəstəyinə ehtiyac olduğunu bildirib.
Görüş zamanı ÜTT-nin Rəqabət, Xarici Əlaqələr və Əməkdaşlıq üzrə icraçı direktoru Marcio Favilla ilə Əbülfəs Qarayev arasında statistika potensialının artırılması üçün seminarların keçirilməsi proqramı (SPAP) üzrə Anlaşma Memorandumu da imzalanıb. İclasın sonunda nazir Azərbaycan prezidenti İlham Əliyevin İspaniya Krallığına rəsmi səfərinin və səfər zamanı BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş Qərargahına ziyarətin təşkil olunmasını təklif edib.
Xəyalə Muradlı

768