Güney Azərbaycandakı Novruz gələnəklərindən
İran ETTELAAT-ı və bu yöndə fəaliyyət göstərən başqa qurumlarının əməkdaşları Təbriz əhalisinə bu türk törənini qeyd etməyə imkan verməyib. Onlar uşaq, kişi, qadın, gənc və yaşlılara hücum edərək, zorakılıq edib və mərasimə qatılanları döyüblər. Törənə pozuculuq donu geyindirmək məqsədi ilə hakimiyyətə bağlı xüsusi dəstələr avtomobillərin şüşələrini sındırıb, çeşidli təxribat əməlləri törədiblər.
Həmin gün Təbrizin küçələrində çoxlu təcili yardım və yanğınsöndürən maşınları olsa da, onlar xəsarət alanlara yardım etməyiblər. İlaxır çərşənbə günü güc qurumları şəhəri xüsusi nəzarət altında saxlayıb və sakinlərin üstünü qanunsuz olaraq yoxlayıb. Təbrizin müxtəlif xiyaban və küçələrində, o cümlədən «Bazar», “Kuye-Vəliəsr”, “Çaharrah-i Abrəsan” kimi məhəllələrində qarşıdurmalar olub. Təbrizdə İlaxır çərşənbədə bu şüarlar səsləndirilib: “Öz dilində mədrəsə - Olmalıdır hər kəsə!”, “Azərbaycan var olsun – İstəməyən kor olsun!”, “Gəlin gedək ağlayaq - Urmu Gölün dolduraq!”, “Qarabağ bizimdir – Bizim qalacaq!”, “Azərbaycan bir olsun – Mərkəzi Təbriz olsun!”, “Təbriz, Bakı, Ankara – Biz hara farslar hara?!”.
Güney Azərbaycanın Urmiya şəhərindəki universitetin tələbələri isə üzərinə Azərbaycan türkcəsində milli haqların təmin olunması ilə bağlı şüarlar yazılmış qələmlər paylayıb. Belə qələmlər şəhərin özəl və dövlət universitetlərində yayılıb.
Qələmlərin üzərində yazılmış şüarlardan bir neçəsi belə olub: “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə!”, “Novruz Bayramı bütün türklərə qutlu olsun!”
Bütün basqılara baxmayaraq, İlaxır Çərşənbə Güney Azərbaycanda geniş şəkildə qeyd olunub. Tehran hakimiyyəti İlaxır Çərşənbə törənində qələbəliyin olmaması üçün çeşidli tədbirlər görməyə çalışsa da, insanlar biri-birini açıqcalarla təbrik edib, qonaqlıqlar düzənləyib.
Yada salmaq lazımdır ki, fars şovinistləri uzun illərdir ki, türklərə aid olan milli adət və ənənələri islama zidd elan edərək, milli-mədəni törənlərin keçirilməsini yasaqlamaqla onların unudulmasına çalışırlar. Amma həmin din alimləri farslara aid olan mərasimlərin qeyd olunmasını özləri təbliğ edir. Belələrindən biri fars hökmdarı Kir adlanan şahın anım günüdür.
Nə isə, millətimizin bu müqəddəs günündə kefimizi pozmayaq.
Novruz bayramının Güney Azərbaycanda necə keçirilməsi haqda sual verməmək də olar. 200 ilə yaxın ayrılıq olsa da bu bayram hər iki Azərbaycanda eyni cür qeyd edilməkdədir.
Bunun yeganə səbəbi hər iki tayda millətimizin bayramı sevərək ağız, yaddaş və düşüncəsində yaşatmasıdır. Yazda dünyanın bir çox millət və xalqlarının milli bayramları olur. Amma bu bayramlar türkün min illər boyu yaşatdığı İlaxır Çərşənbədən sonradır.
Bayramımızı parçalanmış vətənin əsarət altında olan hissəsində necə keçirilməsindən danışmazdan öncə Novruzun tarixindən qısa söz açmaq istərdik.
Yeni Gün bayramı Ərgənəkon dastanına görə, türklərin Ərgənəkondan çıxışı və çilələrinin bitməsi ilə yeni bir dönəmin başlanmasını bildirir.
Tarixçilər Yeni Gün bayramının 5-6 min il tarixi olduğunu söyləyirlər. Bu, millətimizlə dost olmayanların tarixində də öz əksini tapır. Çin qaynaqlarına görə, Miladdan öncə hunlar martın 21-də Bahar şənlikləri keçirərlərmiş.
Türklər 400 il Ərgənəkonda yaşayıblar. Sayları artdığından bu yurd onlara dar gəlir. Həmin günlərdə bir Bozqurdun – Börteçinenin dolaşdığını görür və onu izləyirlər. Sonunda onun dəmirdən olan dağdakı bir dəlikdən dışarı çıxdığını görürlər. Həmin dağda dəmiri əridərək, bir yüklü dəvənin keçəcəyi böyüklükdə qapı kimi yer açır, geniş dünyaya çıxırlar. O mövsüm yaza, Gün isə martın 21-ə düşür. Bu səbəbdən də hun və əski saqlar çağında hər il Ərgənəkondan çıxışı təmin edən dəmirçi kürəsinin üzərində bir dəmir parçasını çəkiclə döymə törəni qurularmış. Atları, dəvələri, qoçları kəsib ziyafət verər və şölən düzənlərmişlər.
Əbu Reyhan Biruni Novruzun türklərdə ilbaşı olduğunu, onun ön və Orta Asiya gələnəklərində qutlandığını söyləyib. Mahmud Qaşqarlı da Yeni Günün türklərdə
ilbaşı olduğundan söz açıb. Bu bayrama sonralar başqa-başqa mahiyyətlər verildi. Hətta adı da dəyişdirildi. Amma bu bayram Türkün təbiətlə ünsiyyət və özgürlük bayramıdır.
Beləliklə, Güney Azərbaycanda da Yeni Günə hazırlıqlar təmizlikdən başlanır. Təmizlik işləri hər iki Azərbaycanda fərqliliklə aparılır. Bu işlərə bayrama 40, 30, 15 və ya 10 Gün qalanda başlanır. Bəzi el və kəndlərimizdə, o cümlədən Güney Azərbaycanın Qoşaçay
və Çayqara bölgələrində xalı və paltarları çay sularında yaxalayırlar. Bu inanc onların ürəklərinin gələn ildə xalı kimi təmiz olacağı inanclarındandır.
Kənd və şəhərlərimizdə «Naxışvurma» gələnəyi də var. Kərpicdən tikilmiş evin divarları qış boyu hisləndiyindən onun ağardılması üçün ağ torpaq və qırmızı su ilə qarışdırılıb evi boyayardılar. Ağ torpaqlı suyu “Nərməni” (qamış ucundan hazırlanan süpürgə) ilə divara çəkirdilər. Sonra kərpici əzib, divarlara naxış vururlar. Qırmızı torpaqla divarın dabanı sulanırdı. İndi də qalan bu adəti ustad şair, rəhmətlik Şəhriyar “Heydərbabaya salam”da belə təsvir edib:
“Bayram olub, qızıl palçıq əzərlər,
Naxış vurub odaları bəzərlər.
Taxçalara düzmələri düzərlər”…
Qoşaçayın Çilik köyündə barmaqları şirəyə və una batırıb, divarda quş şəkli çəkərlər. Azərbaycanın çox yerlərində qadınlar təmizliyi biri-birinə yardımla edirlər.
Bəzi kəndlərdə bayrama 40 və ya 15 gün qalanda Sayaçılar kəndlərə gələrək şeir oxuyub, xalqı əyləndirər. Onlar iki və ya yeddi nəfərlə əllərində keçi müqəvvası tutaraq, mahnı oxuyarlar. Xalq onlara pul, düyü, yumurta və başqa Novruz yer-yemişi verər.
İlaxır Çərşənbədə Günəş batan kimi uşaqlar küçələrdə tonqal qalayırlar. Ona da Baharlu deyirlər. Balıq ayının ilk çərşənbəsinə “Çilə qaçdı”, ikincisinə “Çəkər”, üçüncüsünə
“Su çərşənbə”, sonuncusuna isə “Axır çərşənbə” deyirlər.
Təbrizin Dəvəçi, Qonqabaşı, Şamqazan, Yekədükanlar, Abrəsan, Qarabağlılar, Sento, Bahar, Pastur, Çahar-rahe-Şahnaz, Tərbiyət, Qurd meydanı (indi “Qütb” adlanır), Acı körpü, Abbasi, Kuye-vəliəsr, Terminal, Barnava, Bazar ağzı, Saatqabağı, Xiyabani, Şəmsül-imarə, Vadiye-rəhmət, Ərk məhəllərində, Qaradağın, Bakının, Makının, Miyananın, Muğanın, Urmiyanın, Gəncənin, Ərakın, Həmədanın, Şəkinin, Ərdəbilin, Ordubadın, Borçalının, Lənkəranın, Dərbəndin küçələrində olduğu kimi tonqallar qalanır, “ağırlığım-uğurluğum, burada qalsın” - söyləyərək üstündən atlanırlar.
Vətənimizin başqa bölgələrində olduğu kimi, Güneydə də oxşar yeməklər və şirniyyatlar bişirilir. Bununla belə, Təbrizin bəzi özəlliklər var. O tayda plovun çeşidli növləri - fisincan plovu, zəriş plov, mürəssə plov, şirniyyatı ilə ad çıxarmış “Şəbüstər şirniləri”, şorbalar, Təbriz küftəsi, rizə küftə, qarnıyarıq (badımcan dolması), Qoşaçay kababı, yarma aşı, işgənə, şolən və başqa ləzzətli yeməklər soydaşlarımızın halal süfrəsinə bəzək, ağızlarına dad verir. Şirniyyatlardan isə paxlava, bamiyə, zulbiya, tərə (halva növü), halvanın çeşidli növləri, qayğanaq (paxlavaya oxşayır), filqulağı (quşfil), qulabiyə, badambura, lətifə, kişmişli, dil. Bundan başqa, Təbrizdə badımcandan tutmuş qarpızadək, eləcə də gilənardan qozadək bütün meyvələrdən mürəbbə və şərbət hazırlanır, bu nemətlər də Güney Azərbaycan türklərinin bayram süfrəsinin bəzəklərindəndir.
Qızlar anaları ilə birlikdə Çərşənbə bazarlığına gedərlər. İlk öncə duz (bərəkət), ayna (xoşbəxtlik), suqabı (aydınlıq) və kibrit (işıqlıq) alarlar.
Od üzərindən atlanma, şalsallama, qapıpusma, niyyəttutma (kilidsalma) da var. Axşamçağı oğlanlar Yeni ildə diləklərinə çatıb-çatmayacaqlarını sınamaq üçün evlərinin açarını götürüb dışarı çıxarlar. Açarı sağ ayaqqabısının altına qoyub, gəlib keçənlərin sözlərini dinləyərlər. Sözlər olumlu olarsa, diləklərinə çatacaqlarına (yaxud, əksinə) inanarlar.
Azərbaycanımızın hər yerində plov, toyuq, səbzi, qovurma bişirirlər. Ərdəbilin Palıdlısında axşam südlü plov bişirər və şam yeməyindən öncə yeyərlər. Suüstə, su falı da eynəndir.
Azərbaycan türkləri “yeddisin” (“yeddiqab”) süfrəsi açar. Buna bayrama 10-15 gün qalmış hazırlaşarlar.
Güney Azərbaycanda Yeni ilin 13-cü gününə evdən şəhər və kəndin kənarına çıxaraq, bayramın sonunu qeyd edirlər. Bunu farslar özününküləşdirərək “Sizdəh bedər” adını veriblər.
Güney Azərbaycandan olan alimlər bu törənin türkə aid olduğunu sübuta yetiriblər. Həmin gün evdəki Səmənini gəzintiyə gedilən zaman eşiyə atırlar.
Bu gözəl bayramın gələnəklərini millətimiz çox pisliklərdən qoruyub. Çünki bu bayram onun öz, dost-doğma törənidir.
Bayram münasibəti ilə hər kəsi təbrik edir, gələn günlərimizin uğurlu, bərəkətli olmasını Tanrıdan diləyirik!
Sədrəddin Soltan

1247