Bakıda II Beynəlxalq Elmi Simpozium başladı
15 mart 2011 14:12 (UTC +04:00)

Bakıda II Beynəlxalq Elmi Simpozium başladı

Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev beynəlxalq simpoziumun martın 17-ə qədər davam edəcəyini bildirib. Beynəlxalq Muğam Festivalının əhəmiyyətindən danışan nazir, bu münasibətlə ölkəmizə təşrif buyurmuş çoxsaylı qonaqları bir daha salamlayıb. Ə.Qarayev muğam sənətinin inkişaf dövründən söz açıb: “XIX əsrin əvvəllərində muğam sənətinin təşəkkülündə qızıl dövr hesab edilir. XIX əsrin sonlarında XX əsrin əvvəllərində isə Azərbaycan xanəndə və saz ustalarının sorağı artıq Avropadan gəlməyə başladı. Milli bəstəkarlıq məktəbinin yaranmasında muğam təməl rolunu oynadı. XX əsrdə isə muğam dünya musiqi sisteminə daxil oldu”.


Nazir bu gün Azərbaycanda muğam sənətinə xalq məhəbbətinin, eləcə də dövlət qayğısının olduğunu da qeyd edib.
Təhsil naziri Misir Mərdanov da çıxışında Azərbaycan muğam sənətinin böyüklüyündən söz açıb və festival çərçivəsində bir çox maraqlı tədbirlərin təşkilini vurğulayıb. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, YUNESKO nümayəndəsi, fransalı Jan Dürinq, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə II dəfə keçirilən beynəxlaq festival çərçivəsində çoxsaylı uğurların əldə olunduğunu qeyd ediblər.


II Beynəlxalq Elmi Simpoziumda ABŞ, Almaniya, Azərbaycan, Çin/Uyğur muxtar regionu, Finlandiya, Fransa, İran, Kanada, Özbəkistan, Rusiya, Tunis və Türkiyə iştirak edir.
Beynəlxalq Simpozium Bəstəkarlar İttifaqında müxtəlif məruzələrin çıxışı ilə davam edib.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 718

Oxşar yazılar