Nisə Qasımova: “Mən aşiq-məşuq yolu ilə sənətə gəlməmişəm” – MÜSAHİBƏ
- Ötən söhbətimizdə üstüörtülü olsa da bundan sonra görəcəyiniz işlərin anonsunu verdiniz. Bundan artıq nə edəcəksiniz?
- Müğənni axtarışda olmalıdır. İnsan nə qədər yaşayır-yaşasın, həmişə axtarışda olmalıdır. Bundan sonra nəvələrə baxa bilərəm. Lakin nəvələr də bunun əleyhinədir. Son zamanlar hətta mənə sifarişlər də verirlər: bu və ya digər tipli mahnılar oxu. Niyə “Yanayım”ı oxumursan, niyə İsmayıl YK-nın mahnılarını oxumursan... Onların mənə olan etimadı qüvvət verir. Bu sifarişlər nəvəmdən gəlir. Ona görə də qərara gəlirəm ki, oxuyacağam.
- Nisə xanım, adətən şou-biznes səhnəsində status sözünü başqa cür qiymətləndirilir. “Yox” sözünü çox deyirsənsə, avtomatik hörmətli, belə deyək, statuslu ola bilirsən.
- Ümumiyyətlə, bizim səhnəmizdə bir-birinə nə yazılı, nə də psixoloji münasibət qaydaları var. Qarşılıqlı anlaşma tənzimlənməyib. Kimsə bir-biri ilə küsülüdürsə, bunun işə aidiyyəti olmamalıdır. Bizdə isə bu dəb halını alıb. Münasibət yaxşı olanda filankəs gözəl müğənnidir, başımın tacıdır. Bir balaca küsən kimi filankəs nə oxuyur, o kimdir ki!.. Bu bizdə qeyri-sağlam münasibətdir. Dostluq bu yerdə bizə mane olur. Əgər anlaşaraq, qabiliyyətli şəkildə ortaq məxrəcə gələ biləriksə, o zaman nə küskünlük olar, nə də, nə yolla barışmağı axtarmarıq. Bizdə ünsiyyət formalaşmayıb. Müğənnilər bir-birləri ilə tez-küsüb barışırlar.
Bu yaxınlarda ailə üzvlərimiz məni məcbur etdilər ki, təmtəraqlı olmasa da, evdən kənarda doğum günümü qeyd edim. Baxmayaraq ki, teleekranlarda görünürsən, səsyazmalara gedirsən, el şənliklərində iştirak edirsən, sənin içindən bu yas çıxmalıdır. Mən ayın 12-si gecəyədək razılıq vermirdim. Nəhayət oğlum dedi ki, mütləq lazımdır. Bəlkə də oğlumun sözünə bənd imişəm. Bizə zəng edən qonaqlara deyirdik ki, sabah hara gələcəyinizi deyəcəyik. Şərti olaraq harada yığışacağımızı bilirdik. Dəvət olunanlar az sayda insanlar idi.
- Az dediyiniz... Doğum günündə iştirak edənlər ən yaxınlarınız idi?
- Hə! O gün sadəcə ailə üzvləri kimi ətrafımda toplaşanlar idilər. Dostum Sevinc xanım dedi ki, Nisə xanım istəsəydi, o gün zal ağzına kimi dolu olardı. Mən istəmədim!
- Sadə insanı hamı sevir. Etiraf edək ki, başqalarına münasibətdə sanki özü kiçilən, əslində isə gözlərdə böyüyən insanlara qədirsiz insan kimi yanaşırlar. Bir az qəddar soyuqqanlı insanlar daha çox istədiklərinə çatan...
- (Sözümü kəsir) ...Yox, mən elə deməzdim. Səni anlayıram. Sadəlik insana böyük müğənni kimi mane olur. Görünməsə də olar, bizim yanımızda olmasa da olar. O günü lənətləyirəm ki, illərlə Nisəyə əlçatmaz olanları, saçının teli üçün əldən-ayaqdan gedən fanatları, sevənləri bir addım da olsun öz yaxınıma buraxmışam. Onların arasında paltar tikən, modelyer də olub. Bunlar fanat kimi gəliblər. Yenə yaxşı ki, mən tez ayılıb onları uzaqlaşdırmışam. Ümumiyyətlə müğənninin şəxsi dünyasından, aləmindən gərək xəbər tutmasınlar. Pərəstişkarları ürəyinin içinə yaxın tutmamalısan. Bir nəfəri ürəyinə yaxın buraxdın, bitdi! Mən həmişə özümü qınayıram ki, qələt elədim. Yaxınıma çox adamları yaxın buraxdım. Elə ki, əlimi açdım, qapım da, ürəyim də açıldı. Evimin, ailəmin sirri-söhbəti də açıldı. Bax, bu, sadəlik deyil, sadəlövhlükdür. Mən onları öz yaxınıma buraxdım, indi heç kimi çiynimdən aşağı düşürə bilmirəm. Evimə gəlməsələr də, yaxamdan əl çəkmirlər. Çünki hər şeyi bilirlər. Əvvəllər kim idi məni tanıyan, mənim zəif nöqtəm haradır, harada inciyə, ağlaya, gülə bilərəm... Amma indi çox gözəl bilirlər. Bütün bunların öhdəsindən gəlmək, yenidən başlamaq üçün yavaş-yavaş uzaqlaşdırıram. Xoş-xoş, gülə-gülə... Ötəri, diplomatik yollarla yox. Özümün etdiyim səhvləri də özüm düzəldəcəyəm. Açıq-aşkar!
- Axı siz sözarası bir dəfə demişdiniz ki, hamı ilə barışmağa çalışacağam?
- O təvazökarlıqdır. Gəl belə danışaq, səni dəfələrlə rədd edirlərsə, ünvanına qaş-gözlə, him-cimlə sifariş göndərirlərsə, salamlaşmağı səndən gözləyirlərsə, o insanlar zatən çirkab içindədirlər. Mən o insanları bağışlaya bilmərəm. İnsanları bağışlamışam, bağışlayacağam da. Amma mənə qarşı haqsız ismarıc yollayan, güzgüdə özünü görüb, öz adını mənə yapışdıran insanları heç vaxt bağışlamayacağam. Başqa cür necə barışmalıyam. Əgər xoş münasibətim, gülüşüm varsa... İnan Allaha, danışmaq istəmədiyim adama salam vermirəm. Onların da içində milyonda bir ola, ya da olmaya...
- Siz deyirdiniz ki, mən ürəyimdə heç nə saxlamaq istəmirəm, həyat boşdur, dəyməz. Bir az poetik sual olacaq, vaxtilə həyatdan küsən, mahnılarında üsyana qalxan Nisə Qasımova niyə bu fikrə düşdü? Nə dəyişdirdi sizi?
- Mənim həyatda aldığım zərbələri, zədələri heç bir müğənni almayıb. Deyirlər, milçək bir şey deyil, ürək bulandırır. Xəstəliklərin içində ən zəhləm getdiyi, ürəkbulanmadır. Sadəcə ürəyimi bulandırdılar. Çünki öz gözümdə saflaşdırdığım, gözəl çöhrədə gördüyüm insanların belə diplomatik yollarla adamı özündən çıxarmasını hiss elədim deyə, ürəkbulanmama səbəb oldu. Sonra gördüm, dedim, boş ver, baxma...
- Bəlkə günah onlarda deyil, onlar bu dünyanın insanlarıdır. Bəlkə siz romantiksiniz, dünyanı çəhrayı gözlə görürsünüz?
- Ola bilsin ki, onlar bu dünyanın insanlarıdır. Mən razıyam bu fikirlə. Mən isə başqa bir aləmin insanıyam. Biri var əşyaya qiymət verəsən, biri də var, insanın daxilinə qiymət verəsən. Mən nə deyə bilərəm? Millət vəkili Hadı Rəcəbli doğum günümdə demişdi: “Nisə xanımın sponsoru onun səsi olub”. O söz məni bu günə qədər yaşadır. Nə gözəl duyğularla doludur. Bir ziyalının sözü mənim üçün böyük şeydir. Olmayıb mənim sponsorum!
- Bir söz sizi yenidən dünyaya gətirdi. Səhəri gün başqa bir fikir sizi ruhdan sala bilər.
- Mən çox həssas insanam. Mən qarşı tərəfə görə özüm-özümü aldadıram. Yalan dedin, mən də sənə inandım! Vallah yalanı oxuyuram.
- İnsan bu şəkildə necə yaşaya bilər?
- Çox yaxşı yaşamaq olur. İnsanları qismə bölmək olmaz, amma sən məcbursan insanları qismə bölməyə. Məcbursan hər kəslə öz dilində danışasan.
- İnanmıram ki, illər əvvəl hamı ilə öz dilində danışmışsınız…
- Əlbəttə ki yox! Yaşayaraq bu qənaətə gəlirəm. Həyat öz dərsini verir, istədin, istəmədim. Dünyadan köçənlər həyatda öz dərslərini alıb gediblər.
- Arxada qalan uzun illərin ardından həyatın boş olması qənaətinə gəlmək sizin üçün nəticə olaraq kiçik, balaca qənaət deyil ki? Bəlkə sadəcə bir az soyuqqanlı olmağınız lazım imiş?
- Yox! Hər şeyin yeri var. İndi kiminsə ağlına gəlməsin ki, donquldanıb nə isə deyəcək, mən cavab verməyəcəyəm. Bəzən yazılar oxuyuruq, bəzən efirlərdə deyirlər ki, monopoliya yaradırlar… Mən də danışsam görəcəklər ki, əməllərin cavabıdır.
- Son söhbətimizdə siz mənə bir söz dediniz... “Mən hiss edirəm ki, çox yaşamayacağam...” Niyə o sözü dediniz?
- Nə bilim… Dedim də… Ürəyimə gəldi… Bu yazıda pis görünə bilər. Amma söhbətdə anlaşılır…
- İlhamə Quliyeva ilə söhbətimdə ünvanladığım sualı sizə də vermək istəyirəm. İncəsənətdə neçə dostunuz var? İnanıb dost dediyiniz...
- Dost deyə bilmirəm. İki rəfiqəm var. Onlardan biri Sevda ilə 37-38 ildir bacı kimiyik. Bu illər ərzində bir dəfə də olsun bir-birimizin ürəyimizə toxunmamışıq. Arada pərdə saxlamışıq. O cümlədən də Sevinc Mütəllimova ilə 27 ildir dostluq edirəm. Sevinc oturan yerdə mənim maraqlarım qorunur. Bir-iki illik gözəl münasibətə mən dostluq demirəm.
Müğənninin ətrafında çox insan ola bilər. Nə qədər insanlar müğənninin ətrafında olur, ona aludəliklə baxırlar, şəkil çəkdirmək istəyirlər, hələ şəkli rəfə qoyurlar, gör biz necə yaxınıq! Barmaqla saydığım əzizlərim var ki, deyə bilərəm ki, onları mən necə istəyirəm.
- Çox xoşbəxt olduğunuz vaxt hansıdır? İlk ağlınıza gələn cavabı eşitmək istəyirəm.
- Böyük bir məsuliyyəti, vacib işi yerinə yetirdiyim an… Həyat elədir ki, insan durduğu yerdə şərə də düşə bilər. Onda deyə bilər ki, mən neyləmişdim, kiməsə yaxşılıq etmək istəmişdim.
- Yəqin ki, o anlar heyfsiləndiyiniz vaxtlardan çox olub.
- Yəqin çox olub…
- Bu günədək nəyə hələ də heyfsilənirsiniz?
- Məni aldadanda heyfsilənirəm. Etibar edirdim, əvvəllər tez inanırdım. Ona görə səmimi oluram ki, açıb onlara səmimiyyətimi göstərim. Sadəcə səmimiyyətim bəzi insanlara böyük dərs verib. Sadəliyimdən dərs alıb daha ciddiləşiblər. Bu da bir faktdır.
Bildiklərimi layiq olmayan insana dəyər-dəyməzinə bağışladığım üçün heyfsilənirəm …
- Lakin imanlı insan “gərək, kaş” sözlərini işlətməməlidir. Möminin imanı artdıqca, bəlaları da artır. Bəlkə də heyfsiləndiyiniz üçün say daha da çoxalıb?
- Bilmirəm… Hər kəsin halal xoşu olsun. Aralarında gənclər də var, yaşlılar da… Yaşlılara bağışlamaq olar, gənclərin də yəqin hələ ağılları kəsmir…
- İstəyirsiniz müsahibəni yekunlaşdıraq. Son cavabınızın tonundan çəkindim açığı…
- Davam edə bilərik.
- Sizi optimist görmək istəyərdim. Sox sadə olmasaydınız…
- Sadəliyimin içində bircə qüsurum odur ki, insanları özümə yaxın buraxmışam. Bu sözü daha çox müğənnilərə ünvanlayıram. Müğənnilərin çoxu mənim müəyyən taktikamdan istifadə etdilər. Mən öz planlarımı harada gəldi, kimin yanında gəldi açıqlayaraq, gələcək planlarıma sədd çəkmiş oldum.
- İllərdi məna yükü olmayan hadisələrə görə ruhunuzu zədələmisiniz.
- Əks halda mən böyük şirkətlərin, villaların sahibi olacaqdım... Qətiyyən ruhumu zədələməmişəm. Zədələsəydim, insan olmazdım. İnsanları dərk etmə qabiliyyətim oldu. Başqasının dərdinə ağladım.
- Qədərindən çox oldu, məncə…
- Mən belə düşünmürəm. Mücadilə mərhələsində kənardan bizi özünə örnək götürənlər olmalıdır. Hər şeyə susqun, laqeyd olsaq, özümüzə necə insan deyə bilərik?
- Qurani-Kərimdə Allah insanlara buyurub ki, məni tanımaq istəməyən kafirə məni başa salma. Əgər Allah belə insanlara özünü izah etdirməyə ehtiyac duymayıbsa, biz niyə o insanlara nə isə izah etməliyik?
- Özlərini mənə tanıdanlar axı kafir kimi tanıtmadılar. Mən bayaq da dedim ki, insanları bağışlayacağam. Lakin o insanları nə bağışlayıram, nə küsürəm. Onlar mənim üçün bivec insanlardır. Onlar bu dünyada maddiyyata güc verən insanlardır.
- Bu sizin bugünkü qənaətinizdir.
- Amma yenə də deyirəm, o demək deyil ki, mübarizəm yoxdur. Özləri bir qara qəpiyə dəyməyənlərlə hələ də işim var!
- Naxələflərlə mübarizədə heç kim qalib gəlməyib. Təkcə ilahi ədalətlə bunun öhdəsindən gəlmək olur.
- Mübarizənin özü gözəl şeydir.
- Məşhur Tereza ana “əleyhinə” mənası olan heç bir işdə iştirak etməyib. Siz illərdir incəsənətdə olub, hansı günahı təmizləyə bildiniz?
- Mən bir adımı qorumuşamsa, bu özü böyük bir qələbədir. O çirkabların siyahısına düşməmişəm. Təkbaşına, kimsəsiz bu həyatda yol gedən bir adamam. Həyatda çox şeyi udmuşam. İnsan hər hansı bir uğuru öz əziyyəti ilə qazanmalıdır. Müğənni üç-beş nəfərin yox, xalqın verdiyi qiymətə inanmalıdır. Öz vicdanı qarşısında təmiz olan insan qalibdir. Bu qədər müsabiqələr var, kimsə uduzur, deyirik niyə o uduzdu, niyə qalib gəlmədi? Bax mənim də həyatım buna bənzəyir. Uzaqdan baxan görür ki, mən bu yerə ciyərimi yandıra-yandıra gəldim. Qalib oldum. Mənim məğlub olduğumu düşünənlər, səhv düşünür. Mən özümə əziyyət verməmişəm. Mənə əziyyət verirlər. Mən aşiq-məşuq yolu ilə sənətə gəlməmişəm. Bugünkü halımdan da məmnunam.
Lalə Yusifqızı

2052