“Baku – Brass” nəfəsli kvinteti fərqli tərkibdə konsert verəcək – FOTO
Musiqişünas Aybəniz Məmmədovanın Lent.az-a verdiyi məlumata görə, konsertin proqramına J.Offenbach, G.Miller, D.Ellington, B.Broughton, R.Mendes, J.Gale, J.P.Sousa, R.Strauss kimi müxtəlif dövrlərin tanınmış bəstəkarlarının əsərləri daxil edilib: “Budəfəki konsert üçün ansamblın tərkibinə əlavələr olunub. Kvintetin zərb alətləri ifaçısı Ucal Məmmədxan və vokalçı, beynəlxalq müsabiqələr laureatı Fəridə Məmmədova ilə birgə çıxışı konserti daha da yaddaqalan edəcək. Onu da deyim ki, konsertə giriş sərbəstdir”.
Aybəniz Məmmədova qeyd edib ki, “Baku – Brass” kvinteti Azərbaycanda nadir təsadüf olunan nəfəsli alətlər tərkibi əsasında qurularaq 2009-cu ildən fəaliyyətdədir. Kvintetə 2 truba - Sirus Məmmədov, Rövşən Quliyev, valtorna - Andrey Sabayev, trombon - Kamal Tapdıqov, tuba - əməkdar artist Əli Hacıyev daxildir. Qrupda fəaliyyət göstərən bütün ifaçılar M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası Simfonik Orkestrinin solistləri, bir çox beynəlxalq, eləcə də respublika müsabiqəsi laureatlarıdırlar. Sirus Məmmədovun bədii rəhbər olduğu “Baku –Brass” kvinteti bir çox maraqlı layihələrlə çıxış edərək, dəfələrlə öz peşəkarlıqlarını nümayiş etdirib.
Xəyalə

670