Diclə Universiteti Dövlət Konservatoriyasının rektoru Azərbaycandadır - FOTO
03 mart 2011 18:55 (UTC +04:00)

Diclə Universiteti Dövlət Konservatoriyasının rektoru Azərbaycandadır - FOTO

APA-nın xəbərinə görə, bu əməkdaşlığı qanuniləşdirmək üçün Diclə Konservatoriyasına yeni rektor təyin olunmuş Diclə Universitetinin Ziya Gökalp Eyitim (təhsil) fakültəsinin dekanı, professor Sait Yücəl Azərbaycana gəlib. S.Yücəl Bakı Musiqi Akademiyasının prorektoru Yeganə Axundova ilə görüş keçirib. Görüş zamanı qonaq rektor konservatoriyalar arasında əlaqələrin qurulması arzusunu dilə gətirib və rəhbərlik etdiyi təhsil ocağı haqqında geniş məlumat verib. O, Diclə Konservatoriyasında dərs demək üçün Azərbaycandan müəllim istəyib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, eləcə də Azərbaycanın musiqi mədəniyyəti haqqında qonağı ətraflı məlumatlandıran prorektor isə bu əməkdaşlığın qanuniləşməsi üçün müvafiq sənədin hazırlanacağını deyib. İki ali təhsil ocağı arasında yaxın günlərdə əməkdaşlıq protokolunun imzalanması nəzərə tutulur.


S.Yücel BMA-da dirijor Fəxrəddin Kərimovun çıxışına tamaşa edib. Y.Axundova qonağı Musiqi Akademiyasının müəllim heyəti və təhsil sistemi ilə yaxından tanış edib. Daha sonra türkiyəli qonaq R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində olub. O, sabah da bir sıra görüşlər keçirəcək.
# 658

Oxşar yazılar