“Mən evə qayıdıram” filminin yaradıcı qrupu sürprizlə qarşılaşdı
Filmin quruluşçu rejissoru Samir Kərimoğlunun Lent.az-a verdiyi məlumata görə, ilk çəkilişlər Azərbaycanın dilbər guşəsi Qubada gerçəkləşib. Ancaq burda yaradıcı qrup təbiətin heç də xoş olmayan sürprizi ilə qarşılaşıb. Çəkilişlərin məhz qış fəslində, qarlı havada aparılması nəzərdə tutulsa da, Nügədi gölünün buz bağlaması problemə səbəb olub. Motorlu qayıqların qıra bilmədiyi buzun öhdəsindən çəkiliş qrupu özü gəlib. Nəticədə motorlu qayıqları digər sahildən, yəni 300 metrlik məsafədən iplə dartmalı olublar: “Amma buzu öz əllərimizlə qıra-qıra apardığımız çəkilişlər əziyyətimizə dəyərdi”
S. Kərimoğlu çəkilişlərə fevralın 26-da start verilməsinin də təsadüfü olmadığını bildirib: “Xocalı soyqırımının 19-cu ildönümündə başladığımız film düşməni diz üstə çökdürən oğullarımızın xatirəsini əbədiləşdirəcək”.
Qeyd edək ki, “Mən evə qayıdıram” filminin quruluşçu rejissoru Samir Kərimoğlu,
ssenari müəllifi İsmayıl Səfərəliyev, icraçı prodüseri Nazim Hüseynov, direktoru Mahir İbrahimov, quruluşçu operatoru Ayxan Salar (Almaniya), quruluşçu rəssam Əziz Məmmədovdur.
Xəyalə

771