Dünyanın ən varlı adamı muzey açır
Lent.az-ın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, bu, Latın Amerikasında ən böyük muzeylərdən biridir.
Milyarder vəfat etmiş həyat yoldaşının şərəfinə muzeyin adını “Sumaya” qoyub. Muzeydə Karlos Slimin 60 min eklektik incəsənət əsərindən ibarət kolleksiyası, o cümlədən heykəltəraş Oqyüst Roden və digərlərinin əl işləri var. Muzey geniş ictimaiyyət üçün martın sonlarında açılacaq. Muzeyin açılışında 1,5 min qonaq iştirak edəcək. Bu qonaqlar sırasında Meksika prezidenti Felip Kalderon, məşhur teleaparıcı Larri Kinq və yazıçı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markes də var.

1339