İctimai TV-də “Döngələr” çəkilir
İctimai Televiziyanın nəzdində fəaliyyət göstərən “Carçı-Film” Yaradıcılıq Birliyində “Döngələr” adlı çoxseriyalı bədii televiziya filminin çəkilişləri artıq başa çatmaq üzrədir. İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və internet şöbəsindən Lent.az-a verilən məlumata görə, filmin ideya və ssenari müəllifi İctimai Teleradionun baş direktoru İsmayıl Ömərov və tanınmış yazıçı-publisist Rafiq Səməndər, quruluşçu rejissoru isə Cavid Təvəkküldür. Ssenari dövrün, zamanın dolanbacları, döngələri üzərində qurulub və ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq müasir dövrümüzə qədər respublikamızda baş verən hadisələri əhatə edir. Azərbaycanın dağ rayonlarından birində rayon partiya komitəsinin birinci katibi vəzifəsində işləyən şəxsin təzadlarla dolu taleyindən bəhs edən filmdə insanın mənəvi keyfiyyətləri ön plana çəkilib.
Çəkilişlər Daşkəsən, Quba, Qusar, Xaçmaz, Sumqayıt və Bakıda aparılır. Filmdə Gəncə, Şəki və Bakı teatrlarının aktyorları iştirak edir. Baş rolları əməkdar artistlər Eldəniz Rəsulov, Aslan Qəhrəmanov, xalq artisti Pərvanə Qurbanova, eləcə də Sovqat Səmədova canlandırır.
Filmin bir hissəsi tamaşaçılara yaz aylarında təqdim olunacaq.
Xatırladaq ki, 2005-ci ildən fəaliyyət göstərən “Carçı-Film”də bu günədək 100-dək film istehsal olunub. Bunların sırasında həm bədii, həm də sənədli filmlər var.

1517