“Müstəqil Azərbaycanım” adlı müsabiqə-sərgi elan olunub
Nazirlikdən Lent.az-a verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün qeyd olunması, gənc nəslin Vətənə məhəbbət, xalqın tarixinə, mədəni irsinə, dövlət rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, istedadlı uşaq, yeniyetmə və gənclərin aşkara çıxarılması, onlara dövlət qayğısının artırılmasından ibarətdir.
Müsabiqə rəsm işi və əl işi nominasiyalarında olmaqla iki yaş qrupu üzrə keçirilir. Rəsm və əl işlərinin mövzusu - ölkəmizin təbiəti, milli-mənəvi sərvətləri, tarixi və mədəni abidələri, tarixi hadisələri, xalqımızın milli adət-ənənələri ola bilər.
Rəsm və əl işləri müsabiqənin yekun mərhələsinə 10 may tarixindən gec olmayaraq Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzə göndərilməlidir.
Hər yaş qrupu üzrə ayrılıqda müsabiqə qaliblərinə Mədəniyyət və Turizm Nazirliyinin dərəcələr üzrə diplomları, fəxri fərmanları, qiymətli hədiyyələri və ya pul mükafatları, habelə sərgiyə buraxılmış işlərin müəlliflərinə rəsm və əl işlərini özündə əks etdirən kataloq təqdim ediləcək. Qaliblərin mükafatlandırılması və yekun mərhələnin sərgisi iyun ayında Bakıda keçiriləcək.
Xəyalə

761