Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı hazırlıq işləri aparılır
25 fevral 2011 18:43 (UTC +04:00)

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı hazırlıq işləri aparılır

Bu barədə Lent.az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva məlum verib.

O bildirib ki, forumun sənədlərinin müzakirəsi, iştirakçıların tərkibinin dəqiqləşdirilməsi, proqramın və sessiyaların müzakirə mövzularının hazırlanması və digər məsələlər barədə müzakirələrin aparılması məqsədilə UNESCO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, AŞ-nın Şimal-Cənub Mərkəzinin ümumi razılığı ilə 27-28 fevral tarixində Parisdə İşçi qrupun yekun iclasının keçirilməsi qərara alınıb. İclasda mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyətinin (Forumun koordinatoru Vasif Eyvazzadə, Azərbaycan Respublikasının Fransadakı səfirliyi, UNESCO yanında Daimi Nümayəndəliyi və Avropa Şurası yanında Daimi Nümayəndəliyinin əməkdaşları) iştirakı nəzərdə tutulur. Yekun iclasda Forumla bağlı bütün məsələlərin, xüsusilə açılış mərasimi və sessiyaların proqramı üzrə moderatorların və natiqlərin müəyyənləşdirilməsi, tədbirin yekun hesabatının hazırlanması, iştirakçıların tərkibi, təklif ediləcək layihə və proqramlar, mədəni proqram və digər bu kimi məsələlər müzakirə olunacaq.

Xəyalə
# 652

Oxşar yazılar