“Tariximizin qəhrəmanlıq salnaməsi”
Lent.az-ın məlumatına görə, tədbirin keçirilməsində əsas məqsəd, gələcəyimizin təmsilçiləri olan uşaqlara tariximizə qanlı hərflərlə yazılan bu faciə haqqında ətraflı məlumat verməkdir. Tədbir iştirakçıları ilk öncə Xocalı şəhidlərinin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Sabunçu Rayonun Bakıxanov qəsəbəsinin 96, 107, 309 saylı orta məktəblərinin müəllim və şagirdləri, o cümlədən Bakı şəhərində yerləşən 2 saylı və 48 saylı Füzuli qaçqın məktəblərinin şagirdlərinin ifasında müxtəlif kompozisiyalar təqdim olunub. Eyni zamanda rəssamlıq bacarığı olan uşaqlar Xocalı soyqırımı ilə bağlı duyğu və hisslərini çəkdikləri şəkillərdə əks etdiriblər.
Tədbirin sonunda tədbir iştirakçıları Xalça muzeyinin ekspozisiyası ilə tanış olublar.
Xəyalə
Tədbirin sonunda tədbir iştirakçıları Xalça muzeyinin ekspozisiyası ilə tanış olublar.
Xəyalə
482