Gənc Tamaşaçılar Teatrı “Əcəl atı”nı təqdim etdi
Lent.az-ın məlumatına görə, yazıçı-publisist Vaqif Əlixanlının “Hardasan oğul” əsəri əsasında səhnələşdirilən “Əcəl atı” tamaşası yüksək vətənpərvərlik ruhunda qələmə alınaraq xalqımızın başına gətirilən müsibətləri əks etdirir.
İki hissədən ibarət olan tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu, quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Sərdar Fərəcov, rejissoru Sərvər Əliyev, rəqslərin və plastik hərəkətlərin quruluşçusu Vüsal Mehrəliyevdir.
Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsinə həsr olunmuş səhnə əsərində rolları əməkdar artistlər Qəmər Məmmədova (Sədəf qarı), Rahib Əliyev (İrvahim, ata), Lətifə Əliyeva (Məsmə), Gülər Nəbiyeva, aktyorlar Şəfəq Əliyeva (Mariya), Xalidə Şərifova (Gülnaz), Yasəmən Məmmədova (Züleyxa), Hüsniyyə Əhmədova (I gəlin), Məhərrəm Musayev (Şəmi), Sərvər Əliyev (Səftər, Əbdülqasım), Vahid Əliyev (urus), Elxan Qurban (Karen), Sabir Məlikov (şofer), Elşən Çarhanlı (Feliks), Zenfira Əbdülsəmədova (II gəlin), Natiq Fərzəliyev (Səftərin oğlu), Ədalət Əbdülsəmədov (Coqaş, Sarvan), Kərəm Hadızadə (Marlen), Qədirhüseyn İsmayılov (Əlvahim), Elşən Hacıbabayev (Hətəm), Rəşad Səfərov (Seyfi, müəllim), Fidan Abbasova (uşaq), Nuriyə Əliyeva canlandırıblar.
Tamaşa kəskin konfliktlər, dramatik məqamlar, maraqlı epizodlar üzərində qurulub. Qorxudulan əhali doğma yurd-yuvalarını qoyub qaçmağa hazırlaşır. Kəndin ağbirçəyi Sədəf qarının insanları geri qaytarmaq istəyi baş tutmur. Sədəf qarıdan başqa heç kimin gözünə görünməyən yəhər-yüyənli əcəl atı sonda kənddə yalqız qalan qarını özü ilə aparır.
Xəyalə

Oxşar yazılar

Xalq artisti Valentina Talızina vəfat etdi
21 iyun 2025 , 13:25
Kino axşamı üçün 5 maraqlı film - VİDEO
21 iyun 2025 , 09:50
Yaşayan 10 ƏN VARLI rəssam
20 iyun 2025 , 15:08
Saqisiz, badəsiz məst olduğum məkan, hələ də sərxoşam
20 iyun 2025 , 12:25
Dilarə Əliyevanın qardaşının SON DURUMU
20 iyun 2025 , 11:14
Ölənə qədər özləri haqqında şok həqiqətləri gizlədən 10 ULDUZ
19 iyun 2025 , 13:41
"Netflix"də ən çox izlənən filmlər -VİDEO
18 iyun 2025 , 18:55