Azərbaycan daha bir beynəlxalq sərgiyə qatılıb - FOTO
Fevralın 23-də Əl-Küveyt şəhərində baş nazir Nasir Əl-Məhəmməd Əl-Əhməd Əl-Cabir Əl-Sabahın himayəsi ilə beynəlxalq sərgi başlayıb. Sərgidə ABŞ, İngiltərə, Fransa, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Hindistan, Suriya, Livan və Azərbaycan iştirak edir.
Azərbaycanın Küveytdəki səfirliyindən Lent.az-a verilən məlumata görə, 2011-ci ili ölkəmizdə “Turizm ili” elan etməsi ilə əlaqədar nümayiş etdirilən Azərbaycan guşəsində ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, füsunkar təbiəti, adət-ənənələri və etnoqrafiyası, o cümlədən məşhur xalçaçılıq məktəbi, ləziz mətbəxi, sürətlə inkişaf edən iqtisadiyyatı, ölkədə həyata keçirilən demokratik islahatlar, böyük turizm potensialı barədə ətraflı məlumatlar foto-şəkillər və video-film, həmçinin mətbu məhsullar, sənətkarlarımızın əl işləri və digər eksponatlar vasitəsilə ictimaiyyətin diqqətinə təqdim olunub. Beynəlxalq sərgidə nümayiş etdirilən Azərbaycan guşəsi tamaşaçıların böyük marağına səbəb olmuşdur.
Sərgidə Azərbaycan pavilyonunu işgüzar səfərlə Küveytdə olan Böyük Britaniyanın sabiq Baş naziri Con Meycer də ziyarət edib. Tanınmış ictimai-siyasi xadim Meycerə Azərbaycan haqqında ətraflı məlumat verən səfir Tural Rzayev sürətlə inkişaf edən ölkəmizin qədim tarixi və bu günü barədə söhbət açıb. Con Meycer Azərbaycanın mətbəxinə və xalçaçılıq sənətinə xüsusi maraq göstərib, ölkəmizin müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar xalqımıza təbriklərini və prezident İlham Əliyevə salamlarını çatdırmağı xahiş edib.
Küveytin sabiq İnformasiya Naziri Sabah Əl-Xalid Əl-Həməd Əl-Sabah Azərbaycan pavilyonunu ziyarət edərək ustalarımızın əl işləri ilə maraqlanıb. Azərbaycan ekspozisiyasına böyük maraq göstərən şəxslərdən biri isə İraqın tanınmış hüquqşünası və ictimai xadimi Munir Əl-Həddad olub. Munir Əl-Həddad əslən azərbaycanlı olduğunu da söyləyib.
Xatırladaq ki, Əl-Küveytdə beynəlxalq sərgi 3 gün davam edəcək. Sərgidə nümayiş etdirilən Azərbaycan pavilyonunu gün ərzində 150-dən artıq şəxs ziyarət edib.

795