II Respublika muğam müsabiqəsinin qalibləri müəyyən oldu -
24 fevral 2011 13:58 (UTC +04:00)

II Respublika muğam müsabiqəsinin qalibləri müəyyən oldu -

Fevralın 24-də Kamera və orqan musiqisi zalında Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm, Təhsil nazirlikləri və Milli Konservatoriyanın təşkilatçılığı ilə keçirilən II Respublika muğam müsabiqəsinin bağlanış mərasimi olub.


Lent.az-ın məlumatına görə, mərasimdə təhsil naziri Misir Mərdanov çıxış edərək belə bir müsabiqənin keçirilməsini yüksək qiymətləndirib. Nazir istedadlı gənclərin üzə çıxarılması üçün hər cür şəraitin yaradıldığını deyib. Daha sonra son mərhələyə keçən 6 iştirakçı arasından seçilən üç yerin qalibinin adları açıqlanıb. Belə ki, münsiflər heyətinin qərarı ilə Nişanə Baxışova III, Ehtiram Hüseynov II, Aytən Məhərrəmova isə I yerə layiq görülüb. Qeyd edək ki, Aytən Məhərrəmova Mənsum İbrahimovun, Ehtiram Hüseynov Arif Babayevin, Nişanə Baxışova isə Əlibaba Məmmədovun tələbəsidir.


Qaliblər elan olunduqdan sonra Misir Mərdanov təklif irəli sürüb: “Mən təklif edirəm ki, diplomla yanaşı, pul mükafatı da olsun. Birinci yerin qalibinə 2 min, ikinci və üçüncü yerin qaliblərinə 1500 manat pul mükafatı verilsin. Münsiflər heyətinin üzvlərini isə rəsmi qonaqlığa dəvət edirəm”.


Mərasim qaliblərin çıxışları ilə başa çatıb. Məhz bu üç qalib Azərbaycanı martın 14-dən 21-ə qədər Bakıda keçiriləcək II Beynəlxalq Muğam Festivalında təmsil edəcək.


Xatırladaq ki, Siyavuş Kəriminin rəhbərlik etdiyi münsiflər heyətinə sırasında xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Ramiz Zöhrabov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova və Zabit Nəbizadə daxil idi.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1592

Oxşar yazılar