“Şən qoğalın Novruz səyahəti”
22 fevral 2011 14:31 (UTC +04:00)

“Şən qoğalın Novruz səyahəti”

Bu barədə Lent.az-a sarayın mətbuat katibi Anar Fərəczadə məlumat verib: “Adəti üzrə bu il də Heydər Əliyev Sarayının səhnəsində respublikanın ən maraqlı və böyük Novruz şənliyi olacaq. Konsert proqramında ölkəmizin ən tanınmış uşaq kollektivləri iştirak edəcək. “Çiçəyim” uşaq teatrı, “Dəcəl qızlar”, “Azəri inciləri” və “Şənlik” rəqs kollektivləri uşaqlara töhfələrini verəcək. Bir gün keçirilməsi nəzərdə tutulan şənlikdə azyaşlı tamaşaçılar üçün ən yeni və maraqlı proqram hazırlanıb”.

Anar Fərəczadə onu da əlavə edib ki, qonaqlara xüsusi hədiyyələr veriləcək: “Biletlər hədiyyəlidir. Hər bir tamaşaçıya “Nestle” məhsullarından hədiyyələr təqdim ediləcək. Hədiyyələr biletlərin qiymətinə daxildir. Biletlər artıq satışdadır. Bundan əlavə, uşaqlar üçün möhtəşəm lazer şou və bir çox başqa sürpriz də gözlənilir”.

Qeyd edək ki, musiqili-şou Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçiriləcək. Biletlərin qiyməti 5-15 manat arasındadır.

Lalə Yusifqızı
# 582

Oxşar yazılar