“Azdrama” qapılarını “Hökmdarın qızı” ilə açacaq
Bunu Lent.az-a tamaşada iştirak edən xalq artisti Firəngiz Mütəllimova deyib. Aktrisa bildirib ki, teatrın direktoru İsrafil İsrafilov tamaşaya baxıb və müəyyən dəyişikliklər edib: “O qədər də köklü dəyişiklik olmadı. Amma müəyyən dəyişikliklər edildi, müasirləşdirildi. İsrafil müəllim dedi ki, teatr məhz bu tamaşa ilə açılacaq. Əlimizdən gələni edəcəyik ki, işimiz bəyənilsin“.
Firəngiz Mütəllimova artıq səhnə paltarlarının da hazır olduğunu deyib. Onun sözlərinə görə, paltarlar Türkiyədə tikilib: “Çox gözəl paltarlardır. Mənim hələ belə gözəl səhnə paltarım olmayıb. Çox xoşuma gəldi. Ümumiyyətlə, bundan sonra ancaq rollarım barədə
düşünəcəyəm, vəssalam”.
Qeyd edək ki, İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan “Hökmdarın qızı” tamaşasının quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədov, bəstəkarları Polad Bülbüloğlu və Vasif Adıgözəlovdur.
Xəyalə

989