Telekanallarda müğənnilərin aparıcılığı məhdudlaşdırılır
18 fevral 2011 16:59 (UTC +04:00)

Telekanallarda müğənnilərin aparıcılığı məhdudlaşdırılır

Lent.az-a daxil olan məlumata görə, vaxtilə “AZTV” də musiqili-əyləncəli proqramı olan müğənni Ağadadaş Ağayevin “Sevindirək, sevinək” adlı proqramının yayımı bu səbəbdən dayandırılıb.

“Xəzər” telekanalında isə bu günlərdə “Starlife” adlı maqazin proqramını aparan müğənni Natəvan Həbibi radio aparıcısı Şəhla Qurbanova (“Çiçək” Şəhla) ilə əvəzlənib.


“Xəzər” Televiziyasının proqramlar departamenti rəhbərinin müavini Nazim Şərbətov Lent.az-a açıqlamasında aparıcı dəyişikliyini kanalın siyasəti kimi qiymətləndirib: “Ötən mövsüm “Xəzər” telekanalında Aybəniz Haşımovanın proqramı yayımlanırdı. Müğənni Natəvan Həbibi isə “Starlife” adlı maqazin proqramına aparıcılıq edirdi. Artıq “Xəzər” telekanalında müğənnilərin kanalda yalnız qonaq qismində iştirakı qərara alınıb. Bu, “Xəzər” kanalının siyasətinə daxildir”.


Azərbaycan Dövlət Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımlı isə Ağadadaş Ağayevin proqramının yayımının təxminən bir il öncə dayandırıldığını deyib. X.Qasımlı buna səbəb kimi layihənin müqavilə vaxtının bitməsini göstərib: “Ümumiyyətlə, çalışırıq ki, bizdə gedən əyləncəli, musiqili proqramlarda yalnız musiqi mütəxəssisləri aparıcı olsun. Bizdə hazırda “Mədəniyyət” kanalında solist Fidan Hacıyevanın verilişi yayımlanır, o da ixtisasına uyğun olaraq klassik musiqilərə dair musiqi proqramıdır”.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 718

Oxşar yazılar