Cizgi filmləri üçün ssenari müsabiqəsinə yekun vurulub
Nazirlikdən Lent.az-a verilən məlumata görə, münsiflər heyətinin ümumi qərarı ilə müsabiqənin qalib ssenariləri müəyyən edilib. I yerə “Balaca ev” ssenarisi ilə Lalə Abbasova layiq görülüb. II yerə “Hər işdə bir xeyir var” (müəllif Pərviz Məmmədov), “Bağa qınını bəyənmədi” (müəllif Elçin Musaoğlu), III yerə “Özgəyə quyu qazan, özü düşər” (müəllif Vüqar Haqverdiyev) və “Əsil insan” (müəllif Ayna Qənbərova) ssenariləri çıxıb.
Qeyd edək ki, I yeri tutan ssenari 2011-ci ildə dövlət sifarişi ilə istehsalata buraxılacaq. II və III yerin qaliblərinə isə pul mükafatı veriləcək. Mükafatlar fevralın 18-də Dövlət Film Fondunda keçiriləcək “Uşaq kino bayramı”nda təqdim olunacaq.
Xəyalə

1344