Azərbaycana Killer gəlib!
Azərbaycanda 20 seriyalı kriminal bədii serial çəklir. Artıq çəkilişləri tamamlanmaq üzrə olan “Ruhların qovuşan yeri” adlı serial “Artist” kino şirkəti tərəfindən istehsal olunur. Bu barədə Lent.az-a eksklüziv məlumatı “Artist” kino şirkətinin və filmin prodüseri Elçin Məmmədov verib.
Hələ körpə ikən valideynləri tərəfindən uşaq evinə atılmış Aslan Qədirov (filmin baş qəhrəmanı) Rusiyada ad çıxarmış mafiya başçısı tərəfindən Rusiyaya qaçırılır.
Aslan sərrast atıcı kimi böyüdülür və mafiyanın sifarişlərini yerinə yetirərək, peşəkar qatil kimi qətllər törətməyə başlayır.
Çox keçmir ki, törətdiyi cinayətlərə görə həm digər mafiyalar, həm də beynəlxalq polis bu muzdlu qatilin axtarışına başlayır.
Günlərin birində mafiya dəstəsinin başçısı (“Qoca vor”) tərəfindən yeni qətl törətmək üçün öz doğma şəhəri Bakıya göndərilir. “Mao” ləqəbli Aslan Qədirovun izinə düşən mafiya qruplaşmaları və polis əməliyyatçıları tanınmış killerin ələ keçirilməsi üçün əməliyyata başlayırlar.
Elçin Məmmədovun açıqlamasına görə, qalmaqal, dinamik kadrlar, atışma, insan taleyilə bağlı tükürpədici səhnələrlə dolu olan serial yaxın vaxtlarda tamaşaçıların ixtiyarına veriləcək.
Serialın baş qəhrəmanı rolunda Mahir Cananov çəkilib. Rollarda həm də Elçin Məmmədov, Allahverdi Rüstəmov, Nail Məmmədov, Vüqar Məcidov kimi dünya və Avropa çempionları da çəkilib.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru rejissor “Artist” Kino Şirkətinin rəhbəri Samir Qulamovdur.
Məşhur idmançıların rol aldığı filmin çəkilişindən fotolara yaxın vaxtlarda eksklüziv olaraq Lent.az-da baxa bilərsiniz.
Lalə Yusifqızı

Oxşar yazılar

“Çaqqal günü” romanının müəllifi vəfat etdi
10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat
9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə
8 iyun 2025 , 23:52
Ancelina Colinin az tanınan maraqlı filmləri
7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz 5 film -VİDEO
5 iyun 2025 , 19:07
“Sən nə vaxt sənətkar oldun?” – Vahid Əliyev Röyanı TƏNQİD ETDİ
5 iyun 2025 , 14:12
Ancelina Coli 50 yaşında: Baxın, bu illər ərzində aktrisa necə dəyişib
4 iyun 2025 , 20:15