Tanınmış bəstəkarımız həyat yoldaşının xatirəsinə konsert verəcək
Bu barədə bəstəkar özü Lent.az-a açıqlama verib: “Ötən ilin sonunda mahnılarımı ifa edən sənətçilərlə birgə hesabat xarakterli konsert verməli idim. Məhərrəm ayı olduğundan bu istəyimi apreldə reallaşdırmağa qərar verdim. 2011-ci ilin fevralından etibarən ay yarım içində məşqlərə başlayacağam. Çox güman ki, konsert Heydər Əliyev Sarayında olacaq”.
Bəstəkarın sözlərinə görə, yaradıcılıq gecəsini xatirə gecəsi kimi də qiymətləndirmək də olar: “Bu, mərhum həyat yoldaşım, əməkdar incəsənət xadimi, bəstəkar Hikmət Mirməmmədli dünyasını dəyişdikdən sonra keçirəcəyim ilk yaradıcılıq gecəm olacaq. Gecədə yeni mahnılar - həm mənim, həm də Hikmətin bəstələdiyi mahnılar səslənəcək. Bundan başqa, səhnə üçün Filarmoniyada xor kapellası ilə Hikmətin və mənim xor əsərlərimizi hazırlamağı düşünürəm. Ümid edirəm ki, Hikmətin ruhuna layiq konsert olacaq”.
Lalə Yusifqızı

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06