Beynəlxalq Simpozium ərəfəsində yekun konfrans keçirildi – FOTO
Lent.az-ın məlumatına görə, Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə simpozium barədə məlumat verib. O bildirib ki, UNESCO ICTM qurumunun növbəti iclasını Bakıda keçirməyi təklif edib: “Biz bu təklifi məmnuniyyətlə qəbul etdik. Qərara gəldik ki, iclası simpozium şəklində festival çərçivəsində keçirək. Simpozium tək Azərbaycan muğamına yox, makam-muqam mədəniyyətinə həsr olunmuş dünya alimlərinin yığıncağı şəklində olacaq”.
İttifaq sədri qeyd edib ki, bugünkü konfrans simpozium ərəfəsində baş tutan son tədbir olacaq. Burada dinləniləcək çıxışlardan yalnız 5 və ya 6-sı simpozium üçün seçiləcək. Simpoziumda isə müxtəlif ölkələrdən cəmi 20 məruzə dinləniləcək.
II elmi-nəzəri konfransda Cəmilə Həsənova, Sürəyya Ağayeva və Şamil Hacıyev, Elmira Pənahova, Nərgiz Şəfiyeva, Şəhla Həsənova və başqaları daxil olmaqla 15 musiqiçi məruzə ilə çıxış edib.
Xəyalə

767