Film Fondda Lətif Səfərovun arxiv fondu yaradılıb
05 fevral 2011 14:32 (UTC +04:00)

Film Fondda Lətif Səfərovun arxiv fondu yaradılıb

Bu barədə Lent.az-a fondun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev məlumat verib. Onun sözlərinə görə, fonda Lətif Səfərovun foto sənədləri və başqa materiallar daxil olub. Bütün sənədlər Lətif Səfərovun oğlu və yaxınları tərəfindən fonda təqdim edilib.

Bundan başqa Rusiyanın şəxsi arxivindən Dövlət Film Fonduna görkəmli rejissor Vaqif Mustafayevin “Nakəs” filminin foto sənədləri də daxil olub. C. Quliyev qeyd edib ki, Dövlət Film Fondunda bu günə kimi bu filmlə bağlı heç bir material yox idi. “Nakəs” filmi 1992-ci ildə istehsal olunub.

Xəyalə
# 742

Oxşar yazılar