Qara Qarayev yad edilir
05 fevral 2011 10:38 (UTC +04:00)

Qara Qarayev yad edilir

Bu günlər böyük sənətkarın xatirəsi ehtiramla yad edilir, dahiyanə musiqisi səslənir. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, Qara Qarayevin adını daşıyan Bakı şəhər 8 nömrəli onbirillik musiqi məktəbinin kollektivi də bəstəkarın doğum gününü qeyd edir. Məktəbin müəllim və şagirdləri bu gün səhər bəstəkarın məzarını ziyarət edib. Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində isə sənətkarın və onun tələbələrinin əsərlərindən ibarət konsert proqramını təqdim edəcək.

Xəyalə
# 591

Oxşar yazılar