Əbülfəs Qarayev: “Nazirliyə daxil olan qurumların fəaliyyətində şəffaflıq artırılmalıdır”
Nazirliyin mətbuat katibi İntiqam Hümbətovun Lent.az-a verdiyi məlumata görə, kollegiya iclasında çıxış edən nazir Əbülfəs Qarayev bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi yarandığı gündən mədəniyyət və turizm sahələrində Azərbaycan dövlətinin siyasətinin ardıcıl surətdə həyata keçirilməsinin təmin olunması üçün konkret tədbirlər görüb, bir çox uğurlu nəticələr əldə edib.
Ölkə rəhbərliyinin mədəniyyət və turizm sahəsinin inkişafına xüsusi qayğı və dəstəyini qeyd edən nazir, bu günlərdə Nazirliyin fəaliyyətinin 5 illiyinin tamam olduğunu və bu münasibətlə keçirilən tədbirdə ictimaiyyətə geniş məlumat verildiyini diqqətə çatdırıb. Nazir Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin “Turizm ili” elan olunmasının bu sahədə çalışan hər kəsin üzərinə böyük məsuliyyət qoyduğunu bildirib.
Əbülfəs Qarayev xüsusi qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyi sisteminə daxil olan idarələrin, şöbələrin, müəssisə və təşkilatların fəaliyyətində şəffaflığın artırılması günün mühüm tələblərindəndir.
Kollegiya iclasında mədəniyyət və turizm sahələrində mövcud olan müəyyən problem və çatışmazlıqlar da müzakirə olunmuş, nöqsanların aradan qaldırılması üçün konkret tapşırıqlar verilib və müzakirə edilən məsələyə dair müvafiq qərar qəbul edilib.
Xəyalə

794