Şabran, Lənkəran və İsmayıllı “paytaxt” seçildi
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, atılan addım Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, xalq yaradıcılığının təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı olaraq milli folklor ustaları və kollektivlərinin, sənətkarların, milli adət-ənənələrin və eyni zamanda, respublikanın şəhər və rayonlarının beynəlxalq səviyyədə tanıdılması, daxili və xarici turizmin inkişafı məqsədi daşıyır.
Məsələ ilə əlaqədar Şabran, Lənkəran və İsmayıllı şəhərlərində il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfransların, dəyirmi masaların, konsertlərin, müsabiqələrin, festivalların, sərgilərin, yarmarkaların, infoturların və sair tədbirlərin təşkili nəzərdə tutulub.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramının icrası ilə bağlı 2011-ci il üçün diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə “paytaxt” seçilmək üçün 20-dən artıq şəhər namizədliklərini irəli sürmüşdü.
Xəyalə

786