“On il zirzəmidə”
29 yanvar 2011 17:01 (UTC +04:00)

“On il zirzəmidə”

“Qanun” nəşriyyatının öz hesabına gənclər üçün başladığı “BirİnciKitab” seriyasından “On il zirzəmidə” kitabı nəşr olunub.


Lent.az-ın məlumatına görə, “On il zirzəmidə” kitabına gənc yazarın “Qorxulu əhvalatlar” mistik və elmi-fantastik hekayələr silsiləsindən iki əsəri – “Neyrotron” və “On il zirzəmidə” hekayələri salınıb. Hekayələr gözlənilməz, qorxulu və ağılçaşdıran süjet xətti ilə maraq doğurur.


Xatırladaq ki, ədəbiyyatşünaslar elmi fantastikanın bir janr olaraq tam formalaşmasını ötən əsrin 20-ci illərinə aid edirlər. Elmi fantastika Azərbaycan ədəbiyyatında geniş yayılmasa da, bəzi örnəkləri olmamış deyil. Yazar Fərhad Məmmədovun bu janra üz tutması bəlkə də ədəbiyyatımızda “elmi-fantastik boşluğu” müəyyən qədər dolduracaq və öz azərbaycandilli oxucu çevrəsini yaradacaq.
# 746

Oxşar yazılar