Əbülfəs Qarayev: “Ölkəyə gələn turistlərin sayı 1 milyon 900 mini keçib”
Lent.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yanvarın 28-də rəhbərlik etdiyi qurumun 5 illik fəaliyyətinə həsr olunmuş hesabat iclasındakı çıxışı zamanı deyib.
5 il müddətində turizm sektorunda görülən işlərdən danışan nazir bu sahədə inkişaf tempinin yüksək olduğunu bildirib. Onun sözlərinə görə, ölkəyə gələn turistlərin sayı 1 milyon 900 mini keçib: “Bu rəqəmin 2 milyona çatacağını gözləyirik”.
2011-ci ilin “Turizm ili” elan olunduğunu xatırladan Əbülfəs Qarayev bu il böyük infrastruktur layihələrinin, otellərin açılış mərasiminin həyata keçiriləcəyini qeyd edib: “Turizm ili” yalnız turizm obyektlərinə yox, mədəniyyət ocaqlarına da aiddir. Mədəniyyət ocaqları, yaradıcılıq təşkilatları da bununla əlaqədar yeni layihələr təqdim etməlidir. Bu ilin “Turizm ili” elan olunması ölkənin tanıdılması üçün böyük imkanlar yaradacaq”.
Xəyalə Muradlı

742