Misir ifaçısı Bakıda ustad dərsləri keçəcək
27 yanvar 2011 13:50 (UTC +04:00)

Misir ifaçısı Bakıda ustad dərsləri keçəcək

Lent.az-ın məlumatına görə, bunu yanvarın 27-də keçirilən mətbuat konfransında Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə deyib. O bildirib ki, ustad dərslərini Misir ifaçısı Yamini Redvan verəcək: “Əvvəlki festivalda Yamininin ifasını dinləyəndə çox təəccübləndik. Çünki biz nağaranın zərblə ifasını eşitməyə alışmışıq. Ancaq o bu alətdə çox zərif bir ifa sərgilədi. Ona görə də məhz onun ustad dərslərini keçirmək qərarına gəldik”.


F. Əlizadə ustad dərsləri zamanı dünya şöhrətli xanəndə Alim Qasımov və onun tələbələrinin çıxış etməsini istədiklərini söyləyib: “Çox istərdik xarici mütəxəssislər onların ifasını dinləsinlər. Ancaq Alim Qasımov İranda olduğu üçün hələ özü ilə danışa bilməmişik. Ondan cavab gözləyirik”.

Xəyalə Muradlı
# 473

Oxşar yazılar