Qran-prinin sahibinə 20 min avro mükafat veriləcək
Martın 14-dən 21-ə qədər Bakıda baş tutacaq II Beynəlxalq Muğam Festivalı çərçivəsində gənc muğam ifaçılarının müsabiqəsi təşkil olunacaq. Müsabiqədə Azərbaycanı təmsil edəcək ifaçılar fevralın sonunda keçiriləcək Respublika muğam müsabiqəsinin üç qalibi olacaq. Lent.az-ın məlumatına görə, bunu Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi deyib.
Müsabiqə barədə məlumat verən bəstəkar bildirib ki, müsabiqənin püşkatma mərasimi martın 17-də olacaq. Martın 18, 19 və 20-də isə müsabiqə keçiriləcək. Müsabiqəyə qatılmaq istəyən digər ölkələrin ifaçıları namizədliklərini verməkdə davam edirlər. Ona görə də, yarışmada iştirak edəcək ölkələrin tam siyahısı hələ məlum deyil.
Siyavuş Kərimi qalibləri müəyyən edəcək münsiflər heyətinin yeddi nəfərdən ibarət olacağını söyləyib. Onun sözlərinə görə, birinci dəfə olduğu kimi, bu dəfə də münsif kürsüsündə Avropanın dörd, Azərbaycanın üç təmsilçisi əyləşəcək: “Azərbaycan tərəfdən münsiflərdə mən, Ramiz Zöhrabov və adını hələ dəqiqləşdirmədiyimiz bir nəfər də olacaq. Müsabiqənin mükafat fondunun həcmi də dəyişməyib. Birinci müsabiqədə necə, bu dəfə də qaliblərə eyni məbləğdə mükafat təqdim ediləcək. Bu, dünyada keçirilən müsabiqələr içində qaliblərə verilən ən yüksək məbləğdir”.
Xatırladaq ki, 2009-cu ildə keçirilən ilk müsabiqənin əsas mükafatı olan Qran-prini Təyyar Bayramov qazanıb. 1-ci yerə Özbəkistandan Yulduz Turbiyev, 2-ci yerə İrandan Məhəmməd Motamidi, 3-cü yerə isə misirli Mustafa Səid layiq görülüb. Qran-pri sahibinə 20 min, birinci yerə 15 min, ikinci yerə 10 min, üçüncü yerə isə 5 min avro mükafat verilib.
Xəyalə Muradlı

856